Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək

Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək

Hazırda oxunan: Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək

161088

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri bu gün Lüksemburqda keçiriləcək görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcək.

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell görüşdən əvvəl jurnalistlərə deyib.

Bundan başqa, iclasın gündəliyinə Qəzzadakı vəziyyət, eləcə də Rusiya-Ukrayna münaqişəsinin müzakirəsi də daxildir.

Qeyd edək ki, bu gün Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirələcək.

Xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunacaq.
Xatırladaq ki, "3+3" formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO