Rəsmi Bakıdan Tehranda keçiriləcək nazirlərin görüşü barədə AÇIQLAMA

Rəsmi Bakıdan Tehranda keçiriləcək nazirlərin görüşü barədə AÇIQLAMA

Hazırda oxunan: Rəsmi Bakıdan Tehranda keçiriləcək nazirlərin görüşü barədə AÇIQLAMA

160997

Sabah Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçiriləcək.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib.

"Bəli, sabah Tehranda "3+3" formatında görüşün keçirilməsi nəzərdə tutulub. Təfərrüatları hələlik məlum deyil. Əlavə məlumat veriləcək", - deyə o bildirib.

Qeyd edək ki, Rusiya və Ermənistan XİN-i də bu görüşdə iştiraka razılıq verib.

Xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunacaq.

"3+3" formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.
“3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO