Ermənistanın sabiq ombudsmanının azərbaycanofob açıqlamalarına SƏRT REAKSİYA

Ermənistanın sabiq ombudsmanının azərbaycanofob açıqlamalarına SƏRT REAKSİYA

Hazırda oxunan: Ermənistanın sabiq ombudsmanının azərbaycanofob açıqlamalarına SƏRT REAKSİYA

160980

Qərbi Azərbaycan İcması Ermənistanın sabiq ombudsmanının azərbaycanofob açıqlamalarına münasibət bildirib. 

Bu barədə Bizim.Media-ya İcmadan məlumat verilib. 

Məlumatda qeyd olunub: "Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan yenə də bir sıra azərbaycanofob və gülünc açıqlamalar vermişdir.

Hiss olunur ki, A.Tatoyan və onun təfəkkürdə olanlar Azərbaycanın Qarabağ bölgəsində erməni sakinlərə qarşı heç bir zorakılığın, mənfi rəftarın olmamasından yaman pəjmürdə olublar. Onlar heç cür özlərinin yalançı "soyqırımı", "etnik təmizləmə" iddialarını sübut edə bilmir, hiddətlənir və bir-birinin ardınca mənasız fikirlər səsləndirirlər.
A.Tatoyan və onun kimi daşnak düşüncəli şəxslərin Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif edən fikirləri də tamamilə əsassızdır. Qərbi Azərbaycan İcmasının Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. İcmanın işi sırf insan hüquqları və humanitar mahiyyətli olmaqla, qərbi azərbaycanlıların dinc şəkildə öz dədə-baba yurdlarına qayıtmasından və Azərbaycan xalqının Ermənistandakı tarixi və mədəni irsinin məhv edilməsinin qarşısını almaqdan ibarətdir".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO