Paşinyanın Qarabağ erməniləri ilə bağlı YENİ PLANI – Nikol Avropadan nə DİLƏNİR? 

Paşinyanın Qarabağ erməniləri ilə bağlı YENİ PLANI – Nikol Avropadan nə DİLƏNİR? 

Hazırda oxunan: Paşinyanın Qarabağ erməniləri ilə bağlı YENİ PLANI – Nikol Avropadan nə DİLƏNİR? 

160759

Ermənistanın baş naziri Nikol Paşinyan yenə öz ampluasındadır. Yenə məsuliyyətsiz bəyanatlarla çıxış edir. Bu gün Litvanın baş naziri İnqrida Simoniteni İrəvanda qəbul edən Paşinyan yenə dəsmal çıxarıb, göz yaşları töküb. Qarabağdakı “etnik təmizləmə”dən və “100 min”ə yaxın erməni qaçqınından danışıb.

Ən başlıcası da Avropa İttifaqının göndərdiyi yardımın həcminin azlığından şikayətlənib. Xanım Simonitendən bu yardımların artırılmasına dəstək olmasın istəyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanı alqışlayanların “QARĞIŞ PLANI” – Qərb Ermənistanı “suriyalaşdırmaq”da İSRARLIDIR


“Əlbəttə, biz onu da qeyd edirik ki, bu humanitar dəstəyin davamlılığı çox vacibdir” – deyə Paşinyan bildirib. 

Göründüyü kimi Paşinyan təkcə Azərbaycana qarşı deyil, Avropaya qarşı da riyakarlıq edir. “100 min qaçqın”ın olduğunu iddia edir. Lakin erməni baş nazir “100 min qaçqın”ın harada yerləşdiyini söyləmir. Çünki söyləniləcək ünvan yoxdur.  

Paşinyanın digər riyakarlığı ondan ibarətdir ki, litvalı həmkarından qaşqınların geri qaytarılması üçün Azərbaycanla danışıqlarda vasitəçilik yox, yardım xahişi edir. Çünki Paşinyan kimi siyasətbazlar öz xalqlarının faciəsindən də iqtisadi-siyasi dividend əldə etmək istəyir. Paşinyan Qarabağdan gedən bir ovuc erməninin geri dönməsini istəsəydi, onda Avropalı rəsmilərlə yox, Azərbaycan rəsmiləri ilə danışıqlar  aparmaq istəyərdi. Lakin bəlli səbələrə görə Paşinyan bunu etmir. Çünki ona erməni xalqının rifahı və dincliyi yox, siyasi ambisiyalarının icrası lazımdır.  

Erməni baş nazir sülh yox, müharibə axtarışındadır 

Cənubi Qafqazda Ermənistandan başqa heç bir dövlət müharibə istəmir. Qlobal miqyasda isə Qərb dövlətləri münaqişənin alovlanmasında maraqlıdır. Məhz onların göstərişləri ilə Paşinyan müharibə və “etnik təmizləmə” ritorikalarıyla daha çox çıxış edir.  

Lakin erməni baş nazir bir məsələni unudur ki, ötən hər gün Ermənistanı sülhdən və dinc qonşuluqdan daha da uzaqlaşdırır. O elə zənn edir ki, Azərbaycandan qaçış Ermənistanı Avropaya daha da yaxınlaşdıracaq. Amma unudur ki, “uzaq qohumdan yaxın qonşu daha yaxşıdır”. Ermənistanın nicatı Avropa İttifaqından yox, Azərbaycan və Türkiyə ilə normal münasibətdən keçir. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO