Öz gözündəki tiri GÖRMƏYƏNLƏR – Katalonlara zülm edən İspaniya Azərbaycandan NƏ İSTƏYİR? 

Öz gözündəki tiri GÖRMƏYƏNLƏR – Katalonlara zülm edən İspaniya Azərbaycandan NƏ İSTƏYİR? 

Hazırda oxunan: Öz gözündəki tiri GÖRMƏYƏNLƏR – Katalonlara zülm edən İspaniya Azərbaycandan NƏ İSTƏYİR? 

160603

Xəbər verdiyimiz kimi İspaniya Senatı 17 oktyabr tarixli plenar iclasında Azərbaycanla bağlı sənəd qəbul edib. Sənəddə Azərbaycanın Qarabağda apardığı lokal antiterror tədbirlərinə qərəzli münasibət yer alıb. Guya ki, Azərbaycan bu və digər tədbirlərlə Qarabağdakı ermənilərin hüquq və azadlıqlarını məhdudlaşdırır və bəzi hallarda ermənilərin həyatı üçün təhlükə yaradır.

Öz gözündə tiri görməyən İspaniya

Qərəz və xristian təəssübkeşliyi ruhunda hazırlanan sənəd birbaşa Azərbaycanın suveren hüquqlarına təhdiddir. Üstəlik, Avropanın etnik zəmində ən problemli ölkəsi olan İspaniyanın Azərbaycana etnik məsələdə “məsləhət verməsi” heç bir məntiqə sığmır. Yada salaq ki, İspaniya Azərbaycandan fərqli olaraq katalon, bask və digər xalqların ərazisini zəbt edərək, dövlət yaradıb.

Əslində İspaniya Federal ölkə olmalıdır. Çünki əhalisinin 30 faizi qeyri millətlərdir. Hazırda İspaniyada 10 milyona yaxın katolon, 3 milyondan artıq qalisiyalı və 2.5 milyona yaxın bask yaşayır. Qəribədir ki, İspaniya dövləti məhz bu 3 bölgənin iqtisadi imkanları hesabına yaşayır.

Xatırladaq ki, katalon dövlətini tarixi bizim eradan əvvələ, 500-ci ilə gedib çıxır. Hətta X və XIV əsrlərdə Katoloniya müstəqil dövlət olub. Basklar ölkəsinin tarixi də bizim eradan əvvələ gedib çıxır. Lakin bu gün katalonların, baskların və qalisiyaların hüquq və azadlıqları İspaniya hakimiyyəti tərəfindən çox kobud şəkildə pozulur.

Təsadüfi deyil ki, tez-tez bu bölgələrdə etnik zəmində toqquşmalar yaşanır. Milli münaqişələrin burulğanında sıxılan və 15 milyon insanın hüquq və azadlıqlarını əlindən alan İspaniya dövlətinin bir ovuc erməninin müdafiəsinə qalxması sadəcə gülüş doğurur.

İspaniya bu qədər humanist və tolerantdırsa onda ilk növbədə katalonların, baskların və qalisiyaların haqqını versin. Bu gün etnik zəmində məsləhət verə biləcək ən axırıncı ölkə məhz İspaniyadır.

İspaniya Senatının qərəzi haradan qaynaqlanır?

İspaniya parlamentin bu qərarı ilk növbədə xristian təəssübkeşliyindən qaynaqlanır. Çünki, ispanlarda islamofobiya var. Bu da təsadüfi deyil. Orta əsrlərdə yüzilliklər boyu indiki İspaniya əraziləri ərəblərin nəzarətində olub. Məhz bu səbəblə İspaniya parlamenti köhnə ədavəti unuda bilmir, fürsət düşdükcə İslam aləminə basqı edir.

Bu məsələdə ikinci faktor ermənilərdir. Hazırda İspaniyada 40 mindən artıq erməni yaşayır. Həmin ermənilər İspaniyanın digər qurumları ilə yanaşı parlamentinə də ayaq açmağı bacarıblar. Erməni diasporunun maddi dəstəyindən yararlanan ispan parlamentariləri həm Avropa Parlamentində, həm də İspaniya Senatında çox fəaldırlar.

İspanlara xatırlatma

2017-ci ildə keçirilən referendumda əhalinin 90 faizi Kataloniyanın müstəqilliyinə səs verdi. Separatizmin çətin sınağı ilə üzbəüz qalanda İspaniyanın səsinə ilk səs verən ölkələrdən biri Azərbaycan olmuşdu. O zaman, Azərbaycan XİN tərəfindən yayılan bəyanatda İspaniyanın ərazi bütövlüyü və Katoloniyanın bu ölkənin tərkib hissəsi olması ilə bağlı rəsmi Bakının mövqeyi açıq şəkildə ifadə olunmuşdu.

Həmin bəyanatda bildirilmişdi ki, Azərbaycan İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir. Çox təəssüf ki, İspaniya Senatında oturanlar bu tarixi faktı nədənsə unudublar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO