Prezident: “2026-cı ilin sonunda Füzuli rayonunda 22 min insan yaşayacaq”

Prezident: “2026-cı ilin sonunda Füzuli rayonunda 22 min insan yaşayacaq”

Hazırda oxunan: Prezident: “2026-cı ilin sonunda Füzuli rayonunda 22 min insan yaşayacaq”

160242

“Füzuli indi tamamilə yenidən qurulur. Dünən burada olarkən bir neçə önəmli obyektin təməlini qoyduq. İki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməli qoyuldu”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Füzuli şəhərinə köçən sakinlərlə görüşdü - FOTO


“Yəni, aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq”, - deyə dövlət başçısı vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO