Prezident: “Biz birinci şəhərsalma layihəsini Füzulidə icra edirik”

Prezident: “Biz birinci şəhərsalma layihəsini Füzulidə icra edirik”

Hazırda oxunan: Prezident: “Biz birinci şəhərsalma layihəsini Füzulidə icra edirik”

160239

“Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə biz birinci şəhərsalma layihəsini icra edirik”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Füzuli şəhərinə köçən sakinlərlə görüşdü - FOTO


Düzdür, laçınlıların öz doğma yurduna füzulililərdən bir qədər tez qayıtdıqlarını vurğulayan dövlət başçısı deyib:

“Amma Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma apardıqları üçün orada binaların bəziləri qalmışdı və biz o evləri sadəcə olaraq bərpa etdik, ən gözəl şərait yaratdıq. Deməli, Laçının əvvəlki şəhərsalma mənzərəsi yerindədir. Burada isə şəhər tamamilə yenidən qurulur”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO