İlham Əliyev müasir Azərbaycanın şanlı tarixini yazdı - Gürcü politoloq

İlham Əliyev müasir Azərbaycanın şanlı tarixini yazdı - Gürcü politoloq

Hazırda oxunan: İlham Əliyev müasir Azərbaycanın şanlı tarixini yazdı - Gürcü politoloq

159978

“Prezident İlham Əliyev müasir Azərbaycanın şanlı tarixini yazdı. Onun hakimiyyəti dövründə Azərbaycan nəinki regionun, hətta dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrildi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Giorgi Qoqua söyləyib.

Onun sözlərinə görə, hakimiyyət ağıllı, uzaqgörən və sülhsevər liderdə olanda güclü dövlət yaranır. İlham Əliyev kimi praqmatik, müdrik və sülhsevər Prezident sayəsində də Azərbaycan qüdrətli, güclü və nümunəvi dövlət kimi dünyada tanındı.

“Dahi və görkəmli, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan böyük inkişaf yolu keçib. Bu uğurları saydıqca bitməz. Onun əldə etdiyi uğurlar tarix kitablarına salınacaq”, - deyə politoloq G.Qoqua vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO