İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür.
Bizim.Media xəbər verir ki, İlham Heydər oğlu Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxunun səsini toplayaraq, Azərbaycan Respublikasının Prezidenti seçilib.
Prezident İlham Əliyev iyirmi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.
Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirən Prezident İlham Əliyev torpaqlarımızın 30 il davam edən işğalına son qoyaraq Azərbaycanın ən böyük problemini - Qarabağ problemini həll edərək torpaqlarımızı düşmən işğalından azad edib.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:00 / 15.10.2023
İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür
Hazırda oxunan: İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür
Hazırda oxunan: İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür
159884
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.