“Paşinyan Qarabağın bərpası üçün ayırdığı pulları mənimsəyəcək” - POLİTOLOQ

“Paşinyan Qarabağın bərpası üçün ayırdığı pulları mənimsəyəcək” - POLİTOLOQ

Hazırda oxunan: “Paşinyan Qarabağın bərpası üçün ayırdığı pulları mənimsəyəcək” - POLİTOLOQ

15988

Xəbər verildiyi kimi Ermənistan hökuməti  Qarabağdakı evlərin və infrastrukturun inşası üçün 110 milyard dram (200 milyon dollardan çox) ayırmağa qərar verib.

Bunu Baş nazir Nikol Paşinyan Ermənistan və qondarma rejimin Təhlükəsizlik Şuralarının birgə iclasında bəyan edib. Paşinyanın sözlərinə görə vəsaitin təqribən yarısı Hayıstan Ümumerməni Fondu tərəfindən ayrılacaq, qalan hissəsi isə hökumət tərəfindən köçürüləcək. Ermənistan rəhbəri “Artsax”da normal həyatın bərpası və yüksək sosial-iqtisadi inkişafı təmin etmək üçün bu vəsaitin ayrıldığını qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Köçəryan “böyük siyasətə” talan üçün qayıdır - Politoloq


Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Əli Hacızadə Paşinyanın məlum bəyanatını bir neçə aspektdən şərh edib.

O, deyib ki, heç istisna deyil ki, Paşinyan Qarabağın bərpası üçün ayrılan bu vəsaitlərin bir hissəsini mənimsəyəcək:
 

“Bilirsiz ki, Paşinyan Ermənistanda vaxtında əvvəl seçkilər elan edib və baş nazir başda olmaqla onun partiyası artıq seçki kampaniyasına başlayıb. Onlar bu seçkilərdə qəti qələbə əldə etmək niyyətindədirlər və bunu gizlətmirlər.


Bunun fonunda Paşinyanın siyasi karyerasının nüfuz qazanması üçün sözügedən bəyanat və addımlar ona xeyir gətirə bilər. Məsələnin ikinci tərəfi odur ki, birləşmiş müxalifət Paşinyanı Qarabağı satmaqla ittiham edir. Amma Paşinyan göstərir ki, Qarabağda 200 milyon dollarlıq inşaat işləri aparacaq və  qarşıda bu qədər vəsait yatırılmaq nəzərdə tutulubsa, Qarabağı necə sata bilər deyə öz mövqeyini gücləndirməyə çalışır.  Bunu da müxalifətlə olan şəkişməsində öz daxili auditoriyası üçün istifadə edəcək”.

Politoloq hesab edir ki, Paşinyanın Qarabağın bərpası üçün ayırdığı pullar əsasən Xocavənd rayonu əraisində yaşamış ermənilərin Xankəndi, bir hissəsi isə Əsgəran rayonuna yerləşdirilməsi üçün sərf olunacaq:
 

“Onlar bu erməniləri qaçqınlar adlandırır. Yəni qaçqınların yerləşdirilməsi üçün bu pullar xərclənəcək.


Digər məsələ isə ondan ibarətdir ki, Paşinyanın bu addımı bütün keçmiş Sovet ölkələrində tikintiyə ayrılmış vəsaitləri mənimsəmək üçün ən yaxşı vasitələrdən biridir. Mən istisna etmirəm ki, Paşinyan və onun komandasının bu vəsaitin bir qismini tikinti adı ilə həm də mənimsəmə planı var”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO