“44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün komponentlərin üzvi bağlılığının məntiqi nəticəsi idi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə oktyabrın 14-də Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı deyib.
“Bu Qələbə bir daha göstərdi ki, milli maraqları hər şeydən uca tutan Liderin ətrafında sıx birləşmiş xalq bütün dünyaya öz sözünü deməyə, beynəlxalq münasibətlərdə formalaşmış stereotipləri sındırmağa və düşməni diz çökdürərək tarixi ədaləti bərpa etməyə qadirdir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi”, - deyə Samir Nuriyev diqqətə çatdırıb.
- A-
- A
- A+
Siyasət
16:51 / 14.10.2023
Samir Nuriyev: “Tarixi Zəfər İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük uğurların nəticəsi" - VİDEO
Hazırda oxunan: Samir Nuriyev: “Tarixi Zəfər İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük uğurların nəticəsi" - VİDEO
Hazırda oxunan: Samir Nuriyev: “Tarixi Zəfər İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük uğurların nəticəsi" - VİDEO
159842
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.