Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin gündəliyindəki məsələlərin çox geniş olduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından keçən dövr ərzində ikitərəfli münasibətlərimizin həqiqətən müttəfiqlik xarakteri daşıdığını nümayiş etdirdiyini dedi və bunun bütün sahələrdə özünü göstərdiyini vurğulayıb.
Azərbaycan Prezidenti regional təhlükəsizlik, iqtisadi əlaqələr, nəqliyyat və digər sahələrlə bağlı əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.
Nikolay Patruşev, ilk növbədə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edib.
Dövlətimizin başçısı Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə Ümummilli Liderin xatirəsinə ehtiram əlaməti olaraq Rusiyada dövlət səviyyəsində tədbirlərin keçirilməsinə görə minnətdarlığını bildirib.
Qonaq Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra əlaqələrimizin daha da genişləndiyini məmnunluqla vurğulayıb.
Görüşdə qlobal və regional məsələlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Dövlətimizin başçısı regional məsələlərin 3+3 formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğuladı, bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd edib.
Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan-Rusiya-İran arasındakı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
*** 19:34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:30 / 10.10.2023
İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə nəqliyyatla bağlı əməkdaşlığı MÜZAKİRƏ EDİB - YENİLƏNİB
Hazırda oxunan: İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə nəqliyyatla bağlı əməkdaşlığı MÜZAKİRƏ EDİB - YENİLƏNİB
Hazırda oxunan: İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə nəqliyyatla bağlı əməkdaşlığı MÜZAKİRƏ EDİB - YENİLƏNİB
159255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.