Milli Məclisdə heç vaxt mandat qazana bilməmiş PARTİYALAR – ARAŞDIRMA 

Milli Məclisdə heç vaxt mandat qazana bilməmiş PARTİYALAR – ARAŞDIRMA 

Hazırda oxunan: Milli Məclisdə heç vaxt mandat qazana bilməmiş PARTİYALAR – ARAŞDIRMA 

159230

Azərbaycanda artıq 30 ildən çoxdur ki, qanunverici orqan olaraq Milli Məclis fəaliyyət göstərir. Müstəqillik dövründə ölkəmizdə 6 dəfə Milli Məclisə seçkilər keçirilib.

Bu illər ərzində əksər partiyalar parlamentdə yer əldə etsələr də, bir çoxları indiyə kimi bir dəfə də olsun qanunverici orqanda nümayəndələrilə təmsil oluna bilməyiblər. 
 

MÖVZU İLƏ BAĞLI:

36 partiya siyasətə “ƏLVİDA” DEDİ – Yeni siyasi konfiqurasiya nə VƏD EDİR? 


Hazırda Azərbaycanda qeydiyyatda olan 29 siyasi partiyadan 21-i müxtəlif illərdə bu və ya digər şəkildə Milli Məclisdə təmsil olunublar. Qeydiyyatda olan partiyalardan 8-i isə hələ ki, heç vaxt Milli Məclisdə təmsil olunmayıb. 

Bunlar aşağıdakılardır:

Ağ Partiya 

Tural Abbaslının sədrlik etdiyi Ağ Partiya 2016-cı ildən fəaliyyətə başlasa da, 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın bir sıra üzvləri 2020-ci ildə keçirilən parlament seçkilərində iştirak etsələr də, yetərli səsləri toplayıb, Milli Məclisdə mandat qazana bilməyiblər.

Müasir Müsavat Partiyası

Partiyanın sədri Hafiz Hacıyevdir. Partiya 2002-ci ildən fəaliyyətdədir. Partiyanın siyasi arenada olduğu dönəmdə 4 dəfə parlamentə seçkilər keçirilsə də, Müasir müsavatçılar heç vaxt Milli Məclisə düşmək üçün lazımi qədər səs toplamağı bacarmayıblar.

Böyük Azərbaycan Partiyası

Elşad Musayevin sədrlik etdiyi Böyük Azərbaycan Partiyası 18 ildir ki, siyasi arenadadır. 2005-ci ildə dövlət qeydiyyatına alınmış partiyanın 4 dəfə parlament seçkilərində iştirak etmək imkanı olsa da, siyasi təşkilatın üzvləri heç vaxt Milli Məclisə düşə bilməyiblər.

Klassik Xalq Cəbhəsi Partiyası

Mirmahmud Mirəlioğlunun sədrlik etdiyi Klassik Xalq Cəbhəsi Partiyası 2000-ci ildən fəaliyyətdə olsa da, 2007-ci ildən dövlət qeydiyyatındadır. Maraqlıdır ki, Mirmahmud Mirəlioğlu 2005-ci ildə yetərli səs toplayaraq Milli Məclisdə mandat qazanıb.

Lakin siyasətçi mandatından imtina edib. Sonrakı seçkilərdə isə partiya uğur qazana bilməyib.

Qeyd edək ki, dövlət qeydiyyatında olan Yeni Zaman Partiyası (sədri Musa Ağayev), Gələcək Azərbaycan Partiyası (sədri Ağasif Şakiroğlu), Haqq Ədalət Partiyası (sədri Əli İnsanov) və Azad Vətən Partiyası (sədri Akif Nağı) da parlamentdə təmsil olunmayıblar. Buna səbəb isə sözügedən siyasi təşkilatların sonuncu parlament seçkilərindən, yəni 2020-ci ilin fevralından sonra rəsmi qeydiyyata alınmasıdır. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO