"Qarabağda ermənilər Azərbaycanın tərkibində yaxşı yaşayırdılar" - Erməni fəal

Hazırda oxunan: "Qarabağda ermənilər Azərbaycanın tərkibində yaxşı yaşayırdılar" - Erməni fəal

159158

"Acı həqiqətdir ki, Azərbaycanın bir hissəsi olan keçmiş Dağlıq Qarabağdakı ermənilər "Arsax"dakı (qondarma rejim nəzərdə tutulur) ermənilərdən daha yaxşı yaşayıblar". 

Bizim.Media xəbər verir ki,  bu fikirləri Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndəsi Usik Markosyan Facebook-da yazıb.

“2005-ci ildə Qarabağa səfər edəndə gördüklərimdən dəhşətə gəldim.  Mənim hər gəlişimdə burada yaşayan ermənilər getdikcə daha çox narahat idilər, əhvalları tutqun və pis idi, sifətlərində sanki qorxu hökm sürürdü. Hər dəfə boş qalan daha çox küçələri, tərk edilən bağları, torpaqları  görürdüm.
Bir vaxtlar Azərbaycan dövründə tikilən evlər, salınan yollar bərbad vəziyyətə düşmüşdü. Bu isə o vaxt idi ki, Qarabağa Bako (Bako Saakyan – red.), Ermənistana isə Rob və Serj (Robert Köçəryan və Serj Sarkisyan – red.) rəhbərlik edirdi. Və Nikolun piyada yürüşünə hələ çox vaxt var idi.

Kədərli müşahidələrim haqqında heç vaxt açıq danışmağı düşünməmişəm. Amma vəziyyət o qədər kökündən dəyişib ki, həqiqəti deməməyin mənası yoxdur.

Acı həqiqət ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağdakı ermənilər Azərbaycanın tərkib hissəsi kimi erməni xalqının satqınları - Robert Köçəryan, Serj Sarkisyan, Bako Saakyan, Arayik Arutunyanın əlində “girov” qalan “Arsax”dakı ermənilərdən daha yaxşı yaşayırdılar. Başqa cür də ola bilməzdi. Əminəm ki, bu gün milyonlarla erməni mənimlə razılaşacaq”, - deyə Usik Markosyan qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO