Bu gün bir çox ölkələrin nazirləri Şuşada bir araya gələcək

Bu gün bir çox ölkələrin nazirləri Şuşada bir araya gələcək

Hazırda oxunan: Bu gün bir çox ölkələrin nazirləri Şuşada bir araya gələcək

159136

Oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatının XİN başçıları iştirak edəcək.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı, (İƏT) -1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir.

Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.

Quruma üzv olan dövlətlər arasında Azərbaycan, Əfqanıstan, İran, Qazaxstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan mövcuddur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO