Növbəti Fələstin-İsrail SAVAŞI – Yaxın Şərqi qan gölünə çevirməyi KİM İSTƏYİR?

Növbəti Fələstin-İsrail SAVAŞI – Yaxın Şərqi qan gölünə çevirməyi KİM İSTƏYİR?

Hazırda oxunan: Növbəti Fələstin-İsrail SAVAŞI – Yaxın Şərqi qan gölünə çevirməyi KİM İSTƏYİR?

159018

İsrail-Fələstin münaqişəsi yenidən alovlandırıldı. Oktyabrın 7-dən başlayaraq, “HƏMAS” qrupu İsrailə qarşı genişmiqyaslı hücumlar həyata keçirib. İsrail ərazisinə atılan 3 mindən çox raket 500 nəfərin ölümünə, 1500 yerli sakinin xəsarət almasına səbəb olub.

Hətta yaraqlılar İsrail ərazisində bəzi məntəqələri müəyyən müddətə ələ keçirməyə də nail olublar. Buna cavab olaraq İsrail ordusu hücuma keçərək yaraqlıları öz ərazisindən qovmaqla yanaşı, Qəzza bölgəsindəki “HƏMAS”a məxsus 500 məntəqəni vurub. 

Qeyd edək ki, Yaxın Şərq bölgəsi müxtəlif güclərin maraq dairəsindədir. ABŞ başda olmaqla Qərb burada təkbaşına hegemon olmağa çalışır. Rusiya da öz növbəsində Yaxın Şərqi öz təsir dairəsindən buraxmaq istəmir. İran da çalışır ki, bölgəyə bu və ya digər dərəcədə təsir imkanları olsun. Son zamanlar hətta Çinin də Yaxın Şərq regionuna marağı artıb. Bir sözlə, bölgədə müxtəlif güc mərkəzlərinin maraqları toqquşur.  

Görəsən, Yaxın Şərqi qan gölünə çevirmək kimə və niyə lazımdır?  

Bizim.Media-ya açıqlama verən ekspert Turab Rzayevin fikrincə, İran, Rusiya və Çinin bu məsələdən fayda götürən tərəflər olduğunu görə bilərik:
 

MÖVZU İLƏ BAĞLI:

İsrail ordusunun azərbaycanlı zabiti həlak oldu - VİDEO


“Burada ilk ağla gələn 3 faktor var. Ola bilsin “Həmas” qrupunun özü də prosesin belə cərəyan etməsində maraqlı olub. “Həmas”, “İslami-Cihad” qruplarına son zamanlar güclü təzyiqlər var. Belədə, onlar öz təsir imkanlarını itirməkdədir. İsrail ordusu və polisinə müqavimət göstərə bilmirlər. Bu mənada cəmiyyəti yenidən öz ətraflarında konsolidasiya etmək və dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün həmin qrupların özlərinə də elə bir əməliyyatın keçirilməsi lazım idi”. 

Həmsöhbətimizə görə, burada əsas maraqlı qüvvə İrandır:

“Tehran açıq şəkildə “Həmas”, “Hizbullah” və “İslami-Cihad” qruplarına dəstək verir. “Hizbullah” hətta Qəzzaya yerüstü hücum olarsa, İsrailə hücum edəcəyini bildirib. “Həmas”ın hücumu heç də onun təkbaşına hazırlaya biləcəyi bir hücum deyil. Böyük ehtimalla əməliyyat İranlı məsləhətçilərin dəstəyilə həyata keçirilib. Oktyabrın 2-də SEPAH-ın Qüds qrupunun rəhbəri Livanda “Həmas” və “İslami-Cihad”ın rəhbərlərilə görüşüb. Ola bilsin görüş zamanı İran əməliyyatın başlanmasını da təşviq edib. 

Ekspertə görə, üçüncü tərəf kimi, Yaxın Şərqdə prosesin bu cür cərəyan etməsində Moskva da maraqlıdır: 

“Çünki bu əməliyyata qədər dünyanın diqqəti Ukraynaya yönəlmişdi. Baş verən olaydan sonra isə əsas diqqət Yaxın Şərqə yönəldi. Nəinki təkcə diqqət ora yönəldi, bundan sonra, baş verən hadisə silah və sursatın da Ukraynadan daha çox Yaxın Şərqə yönəlməsinə səbəb olacaq. 

Deməli, Ukraynaya əvvəlki tək silah göndərilməyə bilər. Bu da Moskvanın xeyrinə olan addımdır. Rusiya rəsmiləri açıq şəkildə İsraili dəstəkləməyib. Müharibə ilə bağlı açıqlamalarda Kreml bəyan edib ki, əvvəlcədən bilsəydilər, olayın qarşısını almağa çalışacaqdılar. Bununla sanki mesaj verirlər ki, istəsələr qarşısını ala bilərdilər. Mesajlarında həmçinin bildiriblər ki, Fələstin tərəfi həddən artıq təzyiqlərə məruz qalmasaydı, belə bir hücum da olmazdı”. 

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO