"Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı yekdil fikir var".
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan səfirliyinin yenidən açılması prosesinə dair suala cavabında bildirib.
“Azərbaycan rəsmisinin (Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov-red.) Tehrana səfəri iki ölkə rəsmiləri arasında aparılan danışıqların davamı olaraq baş tutub. Yaxşı danışıqlar və məsləhətləşmələr aparıldı. Həm Azərbaycan tərəfi, həm də İran tərəfi regionda baş verən son hadisələrlə bağlı fikirlərini bildirdi", - XİN rəsmisi vurğulayıb.
Nasir Kənani diqqətə çatdırıb ki, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı yekdil fikir var:
"Aparılan müzakirələr və atılan uğurlu addımlar çərçivəsində səfirlik yaxın vaxtlarda Tehranda fəaliyyətini bərpa edə bilər. Biz Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə yaxşı abu-havada və tendensiyadayıq”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:34 / 09.10.2023
“Azərbaycanın İrandakı səfirliyi yaxın vaxtlarda fəaliyyətini bərpa edə bilər” - Kənani
Hazırda oxunan: “Azərbaycanın İrandakı səfirliyi yaxın vaxtlarda fəaliyyətini bərpa edə bilər” - Kənani
Hazırda oxunan: “Azərbaycanın İrandakı səfirliyi yaxın vaxtlarda fəaliyyətini bərpa edə bilər” - Kənani
158999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.