“İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil”.
Bizim.Media xəbər verir ki, bunu “report.az”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib.
O bildirib ki, İsraildən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır:
“Onlar da müntəzəm reyslərlə Azərbaycana gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”.
A.Hacızadənin sözlərinə görə, vətəndaşlarımızın həlak olması və ya yaralanması ilə bağlı səfirliyə məlumat daxil olmayıb.
“Səfirlik daim vətəndaşlarımızla təmasdadır. İş prosesi davam edir” – o bildirib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:50 / 09.10.2023
Azərbaycanlılar İsraildən təxliyə olunurlar? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanlılar İsraildən təxliyə olunurlar? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanlılar İsraildən təxliyə olunurlar? - RƏSMİ AÇIQLAMA
158990
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.