İsrailin Baş naziri Binyamin Netanyahunun almaniyalı, italiyalı və britaniyalı həmkarları Olaf Şolts, Corcio Meloni və Rişi Sunak, həmçinin Ukrayna Prezidenti Volodımır Zelenski ilə telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
“Bütün liderlər İsrailin lazım gəldikdə özünü müdafiə etmək hüququnu birmənalı dəstəklədiklərini bildiriblər”, - mətbuat xidməti diqqətə çatdırıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:02 / 08.10.2023
Netanyahu Almaniya, Ukrayna, İtaliya və Britaniyanın liderləri ilə danışdı
Hazırda oxunan: Netanyahu Almaniya, Ukrayna, İtaliya və Britaniyanın liderləri ilə danışdı
Hazırda oxunan: Netanyahu Almaniya, Ukrayna, İtaliya və Britaniyanın liderləri ilə danışdı
158897
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.