Zəngəzur dəhlizinə ALTERNATİV – “Ermənistanı gözləməkdənsə, İranla əməkdaşlıq SƏRFƏLİDİR”

Zəngəzur dəhlizinə ALTERNATİV – “Ermənistanı gözləməkdənsə, İranla əməkdaşlıq SƏRFƏLİDİR”

Hazırda oxunan: Zəngəzur dəhlizinə ALTERNATİV – “Ermənistanı gözləməkdənsə, İranla əməkdaşlıq SƏRFƏLİDİR”

158626

Xəbər verdiyimiz kimi bu gün Baş nazirin müavini Şahin Mustafayev Zəngilanda İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşla görüşüb. Görüşdə təkcə iki ölkə üçün deyil, həm də region üçün mühüm qərarın müzakirəsi aparılıb. 

Qərara alınıb ki, Zəngəzur dəhlizinin bərpası üçün yeni infrastruktur yaradılır. Belə ki, Horadizdən Ağbəndə kimi avtomobil yolu çəkilir və dəmir yolu infrastrukturu bərpa olunur.

Bu tədbirlər nəticəsində bölgənin tranzit imkanları artır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində addımlar atılır. 

Bu məqsədlə İran İslam Respublikası ilə razılıq əldə olunub. Razılığa əsasən Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Qarşılıqlı razılaşma əldə olunub, körpünün layihəsi hazırlanıb. Bundan başqa, Araz çayı sahilinin bərpası işləri də aparılıb və çay əvvəlki məcrasına qaytarılıb. 

Eyni zamanda, gömrük keçid məntəqəsi infrastrukturunun da yaradılması nəzərdə tutulur. Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq.  Onu da qeyd edək ki, ərazidə avtomobil yolu ilə yanaşı, dəmir yolu körpüsünün də tikintisi nəzərdə tutulub. Bütün infrastruktur layihələri bir il ərzində reallaşdırılacaq. 

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, İranla Azərbaycan arasında Araz çayı üzərindən dəmir və avtomobil yolu körpüləri inşa ediləcək:
 

MÖVZU İLƏ BAĞLI:

Zəngilanda Azərbaycanla İran arasında yeni körpünün TƏMƏLİ QOYULDU – FOTO/VİDEO


“Bu çox böyük bir addımdır. Çünki, Ermənistan bu və ya digər bəhanələrlə Zəngəzur dəhlizinin açılışını 3 ildir ki, ləngidir. Azərbaycansa gözləmək fikrində deyil. Ermənistanın qərarlarını gözləməkdənsə İranla əməkdaşlıq etmək daha sərfəlidir. Yəni Azərbaycan üçün hər zaman alternativlər var. İran üzərindən Naxçıvana və daha sonra Türkiyəyə çıxış əldə etmək Azərbaycan üçün prioritetdir”.

Elmar Məmmədyarov onu da qeyd edib ki, İran variantı Ermənistan variantını gündəlikdən çıxartmır:

“Əgər sabah Ermənistan desə ki, mən dəhlizin açılmasına razıyam, o zaman bu layihəyə də Azərbaycan yenidən baxacaq. Hansı layihə Azərbaycanın milli maraqlarına daha çox cavab verəcəksə, o layihənin üzərində dayanılacaq. Üstəlik, hansı ölkə Azərbaycana daha sərfəli tariflər təklif edəcəksə, o dəhliz də daha intensiv işləyəcək. Bir sözlə, hər iki variant Azərbaycanın milli və dövləti maraqlarına xidmət edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO