“Azərbaycana təzyiq edilməsinə çağıran Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanla təzyiq dilində danışmaq mənasız və qəbuledilməzdir”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidenti Emmanuel Makronun Qranadada mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində qeyd edilib.
"Belə məsuliyyətsiz bəyanatlar vermək əvəzinə, Fransanın bölgəmizdə təcavüzkar Ermənistanın dəstəklənməsi və silahlanmasına yönəlmiş, bölgədə sülh və sabitliyə mane olan məkrli siyasətinə son qoyması daha faydalı olardı.
Azərbaycan erməni sakinlərin Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirir və ölkəmiz hər zaman olduğu kimi, Ermənistanla qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə hörmət əsasında bölgəmizdə sülh quruculuğunda ən maraqlı tərəfdir",- deyə bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:54 / 06.10.2023
“Azərbaycanla təzyiq dilində danışmaq qəbuledilməzdir” - Rəsmi Bakıdan Fransaya XƏBƏRDARLIQ
Hazırda oxunan: “Azərbaycanla təzyiq dilində danışmaq qəbuledilməzdir” - Rəsmi Bakıdan Fransaya XƏBƏRDARLIQ
Hazırda oxunan: “Azərbaycanla təzyiq dilində danışmaq qəbuledilməzdir” - Rəsmi Bakıdan Fransaya XƏBƏRDARLIQ
158575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.