"Fransa Prezidentinin Azərbaycan və Türkiyənin Qranadadakı tədbirdə iştirakdan imtina etməsi məsələsi ilə bağlı iddiaları riyakarlıq nümunəsidir".
Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Emmanuel Makronun Qranadada mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.
"Tədbir iştirakçılarının hər birinə yaxşı məlumdur ki, məhz Fransa tərəfi Türkiyənin görüşə qatılmasına qarşı çıxıb.
Fransa Prezidentinin bu məsələdə yalan məlumatlar yayması dövlət başçısına yaraşmayan yanaşmadır.
Tarixdə özünün soyqırım siyasəti ilə yadda qalan, Avropa İttifaqı üzv ölkələri arasında Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşulmayan yeganə ölkə olan Fransanın çoxsaylı etnik xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığı, multikultural və multietnik dəyərləri ilə nümunə təşkil edən Azərbaycana azlıqların hüquqları barədə dərs keçməyə cəhd etməsi qəbuledilməzdir", - bəyanatda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:32 / 06.10.2023
Azərbaycan XİN: “Məhz Fransa Türkiyənin Qranadadakı görüşə qatılmasına qarşı çıxıb”
Hazırda oxunan: Azərbaycan XİN: “Məhz Fransa Türkiyənin Qranadadakı görüşə qatılmasına qarşı çıxıb”
Hazırda oxunan: Azərbaycan XİN: “Məhz Fransa Türkiyənin Qranadadakı görüşə qatılmasına qarşı çıxıb”
158572
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.