TDT-yə üzv ölkələrin mütəxəssisləri Azərbaycanın qala şəhərləri ilə tanış olacaqlar

TDT-yə üzv ölkələrin mütəxəssisləri Azərbaycanın qala şəhərləri ilə tanış olacaqlar

Hazırda oxunan: TDT-yə üzv ölkələrin mütəxəssisləri Azərbaycanın qala şəhərləri ilə tanış olacaqlar

158519

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mütəxəssisləri Azərbaycanın qala şəhərləri ilə tanış olacaqlar. 

Bizim.Media xəbər verir ki, 09-13 oktyabr 2023-cü il tarixlərində Bakıda baş tutacaq “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tarixi şəhər və qoruqlarının mütəxəssisləri və beynəlxalq təşkilatların nümayəndələri İçərişəhər, Şuşa və Şəki qala şəhərlərini ziyarət edəcəklər. 

Ziyarət çərçivəsində tarixi abidələr, eləcə də post-müharibə dövründə aparılan bərpa işləri ilə tanışlıq olacaq. 

Xatırladaq ki, “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” beynəlxalq konfransı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə keçiriləcəkdir. 

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO