Həbs olunduğu iddia edilən Azər Zeynalovdan AÇIQLAMA - ÖZƏL

Həbs olunduğu iddia edilən Azər Zeynalovdan AÇIQLAMA - ÖZƏL

Hazırda oxunan: Həbs olunduğu iddia edilən Azər Zeynalovdan AÇIQLAMA - ÖZƏL

158449

Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verən Azər Zeynalovun həbs olunması ilə bağlı məlumatlar yayılmışdı.

İddialara görə o, güc strukturları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Azər Zeynalov istefa VERDİ 


Məsələ ilə bağlı zənglərimizə cavab verməyən Azər Zeynalov “Watsapp” yazışması üzərindən sözügedən iddialara cavab verib:

“Rəsmi məlumatlara istinad edin. Özüm cavab yazdım”, - deyə fikirlərini bu ifadələrlə tamamlayıb.    

Xatırladaq ki, oktyabrın 5-də Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının növbəti iclası keçirilib. İclasda Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov istefa ilə bağlı müraciət edib. Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Azər Zeynalov 1970-ci ildə Şərur şəhərində anadan olub. Ötən il Vasif Talıbovun istefasından sonra yeni sədr seçilənədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri vəzifəsinin icrası müvəqqəti olaraq sədrin birinci müavini Azər Zeynalova həvalə edilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO