Ali Beygeldi: “Azərbaycanla birgə kosmik layihələr üzərində çalışırıq” – ÖZƏL/VİDEO 

Ali Beygeldi: “Azərbaycanla birgə kosmik layihələr üzərində çalışırıq” – ÖZƏL/VİDEO 

Hazırda oxunan: Ali Beygeldi: “Azərbaycanla birgə kosmik layihələr üzərində çalışırıq” – ÖZƏL/VİDEO 

158433

“Milli kosmos proqramımız artıq hazırdır. 2 böyük hədəfimiz var. Birincisi Türk kosmonavtamız beynəlxalq kosmik stansiyaya gedəcək və orada bir çox proqramlar həyata keçirəcək. İkincisi də, Aya getmə proqramımız var. Öz kosmik gəmimizlə getmək hədəflənib”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Türkiyə Kosmik Ajansının Kosmik Sistemlər və Araçları şöbəsinin müdürü Ali Beygeldi deyib.  

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edən TUA (Türkiyə Kosmik Ajansı) nümayəndəsi Azərbaycanla da əməkdaşlıq etdiklərini bildirib: 
“Azərbaycanla, Azərkosmos-la yaxın münasibətlərimiz var. Bir çox layihədə bərabər çalışmaq üçün Azərbaycanlı rəsmilərlə sıx-sıx görüşük. Ümumilikdə isə Türk dövlətləri ilə ortaq kosmos proqramları üzərində çalışırıq”, - deyə A.Beygeldi deyib. 

Daha ətraflı videoda: 

Tehran Orucoğlu, Nicat Niftəliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO