İlham Əliyev Maldivin yeni seçilmiş Prezidentini TƏBRİK ETDİ 

İlham Əliyev Maldivin yeni seçilmiş Prezidentini TƏBRİK ETDİ 

Hazırda oxunan: İlham Əliyev Maldivin yeni seçilmiş Prezidentini TƏBRİK ETDİ 

158337

Prezident İlham Əliyev Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Muizzu, 

Maldiv Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. 

İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Maldiv dostluq əlaqələri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da davam edəcəkdir. 

Sizə ən xoş arzularımı yetirir, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO