Türkiyənin sabiq XİN rəhbəri İlham Əliyevi TƏBRİK ETDİ 

Türkiyənin sabiq XİN rəhbəri İlham Əliyevi TƏBRİK ETDİ 

Hazırda oxunan: Türkiyənin sabiq XİN rəhbəri İlham Əliyevi TƏBRİK ETDİ 

158299

 2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakış Azərbaycan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident! 

Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra təslim olmaq məcburiyyətində qalan qanunsuz separatçı rejim tarix səhnəsindən silindi. Başa çatmış Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yaşanan ağrı-acılar artıq tam sona yetir.

Qarabağda qalmağa razı olan ermənilər rifah dövləti Azərbaycanın vətəndaşları olmağın bütün üstünlüklərindən faydalanacaqlar. Başda erməni diasporu olmaqla radikal ermənilər isə bundan sonra ancaq özlərinə ziyan vuracaqlar. 

Cənab Prezident, Qarabağda uzun müddət davam etmiş problemin həlli münasibətilə başda Siz olmaqla bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın bütün ərazilərində, o cümlədən Qarabağda sülhün və sabitliyin davamlı olmasını arzulayıram. 
Sizə cansağlığı diləyir, səmimi ehtiramımı ifadə edirəm". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO