“İrəvanın əsir dediyi terrorçular o şərtlə qaytarıla bilər ki, Laçın dəhlizinə nəzarət Azərbaycana keçsin” - Politoloq

“İrəvanın əsir dediyi terrorçular o şərtlə qaytarıla bilər ki, Laçın dəhlizinə nəzarət Azərbaycana keçsin” - Politoloq

Hazırda oxunan: “İrəvanın əsir dediyi terrorçular o şərtlə qaytarıla bilər ki, Laçın dəhlizinə nəzarət Azərbaycana keçsin” - Politoloq

15825

“Amerikada yaşayan erməni diplomatlardan biri deyib ki, İrəvanın əsir, Bakının terrorçu-diversant kimi qəbul etdiyi Ermənistan vətəndaşlarını qaytarılması 3 şərtlə mümkündür:

Ermənistan keçmiş Dağlıq Qarabağ ərazisindən silahlı qüvvələrini çıxartmalı, işğal altındakı Kərki kəndi (Naxçıvan) boşaldılmalı və Qırmızı Bazardan Şuşaya gedən yol Azərbaycan ordusunun nəzarətinə verilməlidir.”

Bu sözləri Bizim.Media ilə intervü zamanı politoloq Fərhad Məmmədov açıqladı.

Politoloqun sözlərinə görə, “Azərbaycanın əsas məqsədi üçtərəfli bəyanatda qeyd olunanlara əməl olunmasıdır.
 

Sənəddə qeyd olunub ki, Ermənistanın silahlı qüvvələri o ərazidən (Dağlıq Qarabağ) çıxsın. Sözügedən bölgənin adı Azərbaycan ərazisində Rusiya sülhməramlılarının məsuliyyət zonasıdır.


Bəyənatda da qeyd olunduğu kimi, əgər Rusiya sülhməramlıları regiona yerləşdirilibsə, Ermənistan silahlı qüvvələri oradan çıxarılmalıdır. Digər tərəfdən, cənab Prezident də çıxışında bəzi məsələlərin üçtərəfli razılaşmada əks olunmadığını qeyd edib. Lakin daha sonra müəyyən məqamların dəqiqləşdirilməsi və reallaşdırılması tələb kimi ortaya çıxıb.

Bu tələbin də əsası odur ki, Laçın dəhlizindən erməni silahlılar və xaricilər (əcnəbilər) keçməməlidir. Bu funksiyanı isə rus sülhməramlıları öz üzərinə götürmək istəmir.”

Politoloqun fikrincə, sülhməramlıların Laçın koridorundakı funksiyalarına laqeydliyi noyabrın sonu, dekabrın əvvəllərindəki separatçı təxribatlarına zəmin yaratdı:

“Və bu ermənilər Azərbaycan hərbçiləri, mülki vətəndaşlara qarşı silah tətbiq etdilər. 5 nəfər həlak oldu. Bu səbəbdən həmin ermənilər həbs olundu. Problemə bu səpkidən yanaşanda məsələnin həlli üçün tərəflər qarşılıqlı kompramisə gedə bilər.
 

Bəyanatda qeyd olunub ki, Azərbaycan Laçın dəhlizindən insanların və yüklərin keçirilməsi üçün təhlükəsizlik zəmanəti verib. Təhlükəsizliklə nəzarət arasında ziddiyyət yoxdur.


Nəzarəti isə ya Rusiya sülhməramlıları həyata keçirilməli və bu fəaliyyət Bakı tərəfindən yoxlanmalıdır. Ya da ki, Azərbaycanın orada nümayəndələri (patrul xidməti) olmalıdır ki, dəhlizdən keçən yüklərə, avtomobillərə nəzarət etsin. Bu məntiqlidir....

Belə məsələlər həll olunduqda, Azərbaycan koridora tam nəzarəti reallaşdırandan sonra həbs olunan Ermənistan vətəndaşlarının da (hüquqi prosedurları gözləmək şərtilə) İrəvana ötürülməsi baş verə bilər.
 

Biz bu dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verdikdən sonra Ermənistan vətəndaşı olan silahlılar o koridordan keçməklə terror aktı törətdilər. Belə insidentlərin qarşısını almaq üçün orada bizim nəzarətimiz olmalıdır.”


Politoloq Fərhad Məmmədov sonda vurğuladı ki, İrəvanın əsir dediyi terrorçu diversantlar Ermənistana o şərtlə qaytarıla bilər ki, Laçın dəhlizinə tam nəzarət Azərbaycana keçsin.

Həmçinin “Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayanlar tədricən tərkisilah olmalı və həmin ərazidə məskunlaşan ermənilərin təhlükəsizliyinə müvafiq missiya zəmanət verməlidir.

Bütün bunlar üçtərəfli bəyanatdan irəli gələn məsələlərdir”,- deyə politoloq fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO