Azərbaycan Robert Köçəryanın və Serj Sarkisyanın həbsini tələb edə bilər - Erməni bloger

Azərbaycan Robert Köçəryanın və Serj Sarkisyanın həbsini tələb edə bilər - Erməni bloger

Hazırda oxunan: Azərbaycan Robert Köçəryanın və Serj Sarkisyanın həbsini tələb edə bilər - Erməni bloger

158176

"Ermənistan nəhayət ki, Roma Statutunu ratifikasiya etdi. Məsələ həll olunandan sonra Azərbaycan məhkəməyə gedib Robert Köçəryanın və Serj Sarkisyanın həbsini tələb edə bilər. Bu da məni inanılmaz dərəcədə sevindirir".

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni bloger Natali Aleksanyan yazıb.

“Madam ki, Ermənistan bu qaniçən quldurlardan yaxa qurtara bilmir, qoy onların işləri ilə onların əsl qanuni vətəni olan Azərbaycan məşğul olsun. Unutmayaq ki, hər ikisi Azərbaycanda doğulub, Azərbaycanda çalışıblar və hakimiyyəti qəsb etməklə qanunsuz olaraq Ermənistan vətəndaşlığı və rəhbər vəzifələr alıblar.
İndi onlardan yaxa qurtarmaq və səbirsizliklə gözlədikləri Azərbaycana təhvil vermək üçün yaxşı fürsətdir”, - deyə Aleksanyan qeyd edib.

“Nəhayət, mənim ən əziz arzum gerçəkləşəcək və onların hər ikisi sonda Bakı həbsxanasında olacaq. Siz Ermənistanda həbsxanaya belə layiq deyilsiniz. Ölkəmizin havası sizin zəhərinizdən təmizlənməlidir və yalnız o zaman xəyallarımızdakı Ermənistanı quracağıq", deyə o vurğulayıb. 
"Xəyal qurmağın heç bir zərəri yoxdur. Amma Azərbaycan Roma Statutunun və Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil.

Bununla belə, hətta Roma Statutu olmasa da, Azərbaycan beynəlxalq orderləri əsasında axtarışda olan şəxsləri müəyyən edir və ölkəyə ekstradisiyasını istəyir. Bu, Aleksandr Lapşinin həbsindən sonra da aydın oldu.

Üstəlik, SSRİ-nin keçmiş müdafiə naziri, mərhum Dmitri Yazov jurnalistlərə şikayət etmişdi ki, Rusiyanı tərk edə bilmir, həbs edilib Azərbaycana təhvil verəcəyindən qorxur. Deməli, Köçəryan və Sarkisyan üçün bu ratifikasiya heç nəyi dəyişmir. Amma Ermənistan üçün çox şeyi dəyişir. Və bunun nəticələri ilə mübarizə aparmaq lazımdır", deyə bloger yekunlaşdırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO