İstəsək də, istəməsək də Tramp prezident seçkilərində qələbə çalmağı bacardı. Bunu ABŞ xalqı istədi və Donald Trampı 45-ci ABŞ prezindeti etdi. Tramp necə və hansı yolla xalqının ürəyini fəth etdi bu başqa bir yazının xa0mövzusudur. Ancaq indi daha çox maraqlı olan bundan xa0sonra baş verəcək hadisələrdir. Xatırlayırsınızsa, Tramp xarici siyasətlə bağlı maraqlı bir ifadə işlətmişdi. Bildirmişdi ki, “Xarici siyasət biznes kimidir: razılaşmalar yolu ilə nəticə əldə edilir".xa0
Maraqlıdır, bundan sonra ABŞ prezidenti Tramp Rusiya prezidenti Putinlə razılığa gələrək dünyanı bölə biləəckmi? Bu, alınacaqmı onlarda?xa0
Moderator.az mözu ətrafında politoloq Tofiq Abbasovla həmsöhbət olub.xa0
T.Abbasov bildirib ikiqütblü siyasət üçüncü dövlətlər üçün daha əlverişldiir:xa0
“ABŞ artıq 2 ildən çoxdur ki, birqütblü dünya şəraitində öz hökmranlığını həyata keçirir. Sovet ittifaqı ilə də münasibətləri çox kəskin, təzadlı idi, müxtəlif yanaşmalar var idi. Ancaq üçüncü ölkələr üçün ikiqütblü dünya daha etibarlıdır, nəinki birqütblü dünya. xa0Biz zamanla bunun şahidi oluruq, çünki təkbaşına idarə etmək, soruşmadan, dəqiqləşdirmədən, razılaşmadan bildiyin qərarı vermək bir çox hallarda təzadlara gətirib çıxarır, fəsadlar törədir. Əlbəttə ki, liderlik hamıya xoş gəlir, o cümlədən də dövlətlər təkbaşına siyasətlərindən qürur duyurlar. Lakin bir halda ki, bu siyasət başağrı, yeni münaqişələr, istilalar, ədalətsizlik törədirsə, o zaman buna bir şey fikirləşmək lazımdır.
Bu baxımdan gördük ki, Suriyada vəziyyət elə bir həddə gəlib çatdı ki, artıq Rusiya ora nüfuz etməyə başladı. Hər an bir rəqibi, iştirakçını tərkisilah etməkdən ötrü onun mövqelərini zəifətmək, əvvəlcə onun çıxışlarını kəsmək, yerləşdiyi mövqeləri boşaltmaq lazımdır. ABŞ da məhz bu yolla gedirdi. Vaxtilə Sovet hökumətinin müttəfiqi olmuş ölkələri, solçuluq hərəkatının çox populyar olduğu müsəlman ölkələrini, İraqı, Suriyanı, Liviyanı bağışlamadı. Solçuluq meyillərinin dayaqları zəif, kövrək də olsa onları belə alt-üst elədilər, o elitalara divan tutdular. Əsəd, Qəddafi, Səddam hakimiyyətlərinə bunu bağışlamadılar”x9d.xa0
Siyasi şərhçi ABŞ-dakı erməni lobbisinin də seçki kompaniyasına təsirini olduğunu qeyd edib:
“İndi elə bir vəziyyət yarandı ki, müstəqil dövlətlər, onların elitaları, “ərəb baharı”x9d deyilən cərəyan fəsaddan, itkilərdən, başağrısından başqa heç nə gətirmədi. Bir yandan infrastrukturlar dağıldı, digər tərəfdən insanların vəziyyəti dəhşətli dərəcədə korlandı. Aclıq, safalət, mal çatışmazlığı, dağıntılar baş verdi, qaçqın və xa0məcburi köçkün kütləsi artdı. Bu proseslərin də arxasında fövqəl qüvvənin izləri görünür. Onlar, Azərbaycan-Ermənistan qarşıdrumasında birmənalı olaraq ermənilərin tərəfini tuturlar. Çünki erməni lobbisi, erməni icması ABŞ-da daha güclüdür. Həm biznesə, həm seçki kampaniyalarına təsir göstərirlər, həm də qanunverici orqanda, senatda onların səsləri var. Demokratlar bu sarıdan daha çox ifrata vardılar və biz bunun nəticələrini gördük”x9d.xa0
Politoloq onu da vurğulayıb ki, ABŞ mütləq proseslərə münasibətini korrektə etməlidir:xa0
“Tramp təkbaşına əlbəttə ki bir çox şeyləri vəd edə bilər, əvvəlcədən anons edə bilər. Ancaq onları həyata keçirmək daha çətindir. Çünki hərbi siyasi dairələr, transmilli şirkətlər var. Bunların özlərinin də siyasi proseslərdə iştirakı sezilir, onlar da özünəməxsus bir tərzdə proseslərə nüfuz edirlər. Bunların hamısının qarşısını almaqdan ötrü lazımdır ki, yeni bir yanaşma olsun. Tramp çox praqmatik adamdır, düzdür haqqında çox hədyanlar deyilir, çox şeylər yazılır. xa0O özü özünü prezidentliyə hazırlayıb, biznesdən elitaya gəlib, siyasi dairələrə yaxınlaşıb. Ola bilsin ki, Trampın müəyyən təsiri olsun. Əlbəttə ki, Trampdan çox təzadlı, köklü, kordinal dəyişikliklər gözləmirəm, ancaq demokratların 8 illik hakimiyyətindən sonra dünya nizamında bir belə ləkələr, bir belə boşluqlar, çatışmazlıqlar mövcud oldu. Bu da ondan xəbər verir ki, ABŞ siyasəti gərək özü özünün proseslərə münasibətini korrektə eləsin”x9d.xa0
T.Abbasov Trampın Rusiya ilə yarada biləcəyi əlaqələr haqqında da danışıb:xa0
“Rusiya ilə münasibətlərinə gəlincə, liderlik elə bir şeydir ki, həmişə insana başucalığı gətirir, insan özü-özündən öyünməyə başlayır. ABŞ-da çox öyündü və artıq elə bir vəziyyət yarandı ki, Rusiya yaxın Şərqdə mövqelərini itirə-itirə gedir, ABŞ artıq Rusiya sərhədlərinə yaxınlaşır. Rusiya da bir növ oyunu özgə meydanına çıxarmağa cəhd göstərir və bu, müəyyən mənada alınır.xa0
Əsas odur ki, bu iki dövlət, fövqəlqüvvə münasibətdə olsunlar, ancaq bu, məsələn, Azərbaycanın maraqları, Qarabağdakı problemlərimizin bir qədər də kəskinləşməsi hesabına olmasın. Bu baxımdan hesab edirəm ki, Tramp dünya siyasətində yeni bir simadır. Düzdür, partiya mənsubiyyəti var, amma o partiyanın namizədi olmadı, özü öz namizədliyini irəli sürdü, axırda partiya onu qəbul etməli oldu. İndi də təbii ki, bu yeni bir nəfəsdir, ABŞ-ın ənənəvi siyasəti üçün yeni bir cərəyandır. Düşünürəm ki, o, nə qədər illuzionist, utopik, romantik olsa da, öz qələbəsini fəaliyyətində təsdiqləməyə çalışacaq. Bəli, mən siyasətçi deyildim, ancaq mən də əlimdə siyasətin ipuclarını tuta, onlardan istifadə edə bilirəm, həm ABŞ, həm özüm, həm də mənsub olduğum partiya üçün nəsə edə bilərəm desin”x9d.xa0
Rumiyyə MİRASLAN
































































































