Ayxan Hacızadə: “BMT-nin bəyanatlarına göz yummaq ikiüzlülükdür” - FOTO 

Ayxan Hacızadə: “BMT-nin bəyanatlarına göz yummaq ikiüzlülükdür” - FOTO 

Hazırda oxunan: Ayxan Hacızadə: “BMT-nin bəyanatlarına göz yummaq ikiüzlülükdür” - FOTO 

158058

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Finlandiyanın Cənubi Qafqaz ölkələrindəki səfiri Kirsti Narineninin ermənilərin Qarabağı tərk etməsi ilə bağlı yazısına münasibətində bildrib. 

Bizim.Media xəbər verir ki, bu barədə diplomat özünün “X” hesabında yazıb. 

“Ermənistan azərbaycanlılara qarşı çoxsaylı vəhşiliklər törədib, Azərbaycan isə heç vaxt erməni vətəndaşlarını hədəfə almayıb, əksinə, onların reinteqrasiyası üçün təhlükəsiz mühit təmin edib.
Birləşmiş Millətlər Təşkilatı, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, Beynəlxalq Qızıl Xaç Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanın erməniləri zorla çıxarmadığını təsdiqləməsinə göz yummaq ikiüzlülükdən başqa bir şey deyil”, - deyə A. Hacızadə qeyd edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO