Oktyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Latviyanın Azərbaycandakı yeni təyin edilmiş səfiri Edqars Skuyanı qəbul edib.
Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, səfir Edqars Skuya ilk növbədə etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
C.Bayramov səfir Edqars Skuyanı təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Latviya arasında əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.
Nazir Azərbaycan və Latviya arasında mövcud münasibətlərin 2017-ci ildə “Strateji Tərəfdaşlığın Yaradılması haqqında birgə Bəyannamə”nin imzalanması və icrası nəticəsində inkişafından məmnunluqla bəhs edərək, bu xüsusda, iki ölkə arasında siyasi dialoq, qarşılıqlı səfərlər və təmasların əlaqələrin daha da genişləndirilməsinə təkan verdiyini qeyd edib.
Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağı növbəti il ərzində də iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, humanitar və s. sahələr üzrə əməkdaşlığın inkişafı üçün fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.
C.Bayramov ərazilərimizin 30 ilə yaxın müddətdə işğalı, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi,habelə ölkəmizin sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
30 illik işğal dövründən qalma qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan tərəfindən aparılan anti-terror tədbirləri nəticəsində bölgədən çıxarıldığı, hazırda isə onların tərksilah prosesinin yekunlaşdığı diqqətə çatdırılıb.
Qanunsuz erməni silahlı qüvvələrinin varlığına son qoyulmasının öz növbəsində həm Azərbaycan və Ermənistan arasında sülh prosesi, həm də Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesinin irəlilədilməsi üçün imkanlar yaratdığı, bu xüsusda, Azərbaycanın hər iki istiqamət üzrə səyləri gücləndirməkdə qərarlı olduğu diqqətə çatdırılıb.
Səfir Edqars Skuya səmimi qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Latviya arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:04 / 02.10.2023
Latviyanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova TƏQDİM EDİB
Hazırda oxunan: Latviyanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova TƏQDİM EDİB
Hazırda oxunan: Latviyanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova TƏQDİM EDİB
158029
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.