“2020-ci ildən sonra Azərbaycan suverenliyini təmin etmə siyasətini həyata keçirir. Bu siyasət Dövlət başçısının rəhbərliyi altında uğurla icra olundu”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Elşad Mirbəşir Milli Məclisin payız sessiyasının ilk iclasında deyib.
“Biz adətən erməni separatizmindən danışırıq. Ancaq biz, separatizmlə yanaşı erməni ekstremizminin də kökünü kəsdik. Hesab edirəm ki, bu kifayət qədər ciddi tarixi uğurdur. Bu, Təkcə Cənubi Qafqaz kontekstində yox, qlobal müstəvidə dəyərləndirilməlidir.
İndi isə yeni kampaniyaya başlayaraq iddia edirlər ki, guya onlar Qarabağdan zorla çıxarılırlar. Biz 2020-ci ildən etibarən reinteqrasiya çağırışları etsək də, ermənilər bunu dəyərləndirmədilər. Hesab edirəm ki, biz bu istiqamətdə informasiya siyasətimizi düzgün qurmalıyıq”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:34 / 02.10.2023
Elşad Mirbəşir: “Ermənilər reinteqrasiya çağırışlarımızı dəyərləndirmədilər”
Hazırda oxunan: Elşad Mirbəşir: “Ermənilər reinteqrasiya çağırışlarımızı dəyərləndirmədilər”
Hazırda oxunan: Elşad Mirbəşir: “Ermənilər reinteqrasiya çağırışlarımızı dəyərləndirmədilər”
157935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.