“Human Rights Watch”, Avropa Şurası və ATƏT-in erməni dərdi – Və ya Azərbaycanın YENİ REALLIQLARI...

“Human Rights Watch”, Avropa Şurası və ATƏT-in erməni dərdi – Və ya Azərbaycanın YENİ REALLIQLARI...

Hazırda oxunan: “Human Rights Watch”, Avropa Şurası və ATƏT-in erməni dərdi – Və ya Azərbaycanın YENİ REALLIQLARI...

15776

44 günlük savaşda beynəlxalq KİV də erməni vəhşiliklərinin şahidi oldu. Üçtərəfli razılaşmadan sonrakı erməni təxribatları (Hadrut) da dünyaya sirr qalmadı. Bütün bunlara rəğmən Ermənistan yenə də bütün planetimizi (əsasən Avropa təsisatlarını) Azərbaycana qarşı qaldırmaq istəyir.

Ermənilər indi də terrorçuları əsir kimi qələmə verməklə onların azadlığa buraxılması məsələsini əllərində “kozır” edirlər. Avropa da hansısa yollarla onların bu “tələb”ini dəstəkləyir. 

Bizim.Media xəbər verir ki, heç I Qarabağ müharibəsində erməni işğalçılığı nəticəsində itkin, əsir və girov düşmüş 4 mindən çox azərbaycanlının taleyi Avropa təsisatlarını maraqlandırmır.

 

MÖVZU İLƏ BAĞLI:

Ann Lindedən separatçılara dəstək - ATƏT Qarabağda münaqişəni qızışdırmaq istəyir?  


Hazırda 60-70 terrorçunun davasını edən ermənipərəst avropalılar humanizm bayrağı altında növbəti ədalətsizliklərindən uzaq deyillər.

Öncəliklə DTX-nın anti-terror əməliyyatları nəticəsində terrorçu kimi saxlanılan ermənilərin İrəvana verilməsini şərh etsək, politoloq Əli Hacızadənin maraqlı fikirlərini xatırlatmalıyıq.

Politoloq bildirib ki, Azərbaycan heç bir halda təxribatçıları birtərəfli azad etməməlidir. Avropa Parlamentinin üzvlərinin Bakını "həbs olunan bütün erməniləri azadlığa buraxmağa" çağırması müyyən suallar yaradır. Əli Hacızadənin dili ilə desək...

“Yaxşı, belədirsə və Azərbaycan heç bir şərt qoymadan təxribatçı və terrorçuları azad etməlidirsə, AB niyə nümunə göstərməməli, bütün İslamçıları, cihadçıları və İŞİD üzvlərini həbsxanalarından azad etməməlidir?”

Heç bir şərt qoyulmadan terrorçuların azad edilməsini qəbul etməyən politoloq erməni diversantların geri qaytarılmasını təhlükəli presedent adlandırıb. 

Digər politoloq Elxan Şahinoğlu isə Rusiyanın “Kommersant” qəzetindən sitat gətirərək İrəvanın əsirlər, Bakının isə terrorçu-diversantlar kimi qəbul etdiyi 73 Emənistan vətəndaşının 3 şərtlə azad oluna biləcəyini yazıb:

 

“Ermənistan keçmiş Dağlıq Qarabağ ərazisindən silahlı qüvvələrini çıxartmalıdır, işğal altındakı Kərki kəndi (Naxçıvan) boşaldılmalı və Qırmızı Bazardan Şuşaya gedən yol Azərbaycan ordusunun nəzarətinə verilməlidir”. 


Əlbəttə ki, Ermənistan nəyinsə müqabilində  artıq nəsə ödəməli olduğunun fərqindədir. Çünki 44 günlük savaşdan sonra Azərbaycan diktə edən tərəfə çevrilib. Prezident İlham Əliyevin təqdim etdiyi yeni reallıqlar isə İrəvan qədər müəyyən Avropa təsisatlarını (Avropa Şurası, AB, ATƏT) da narahat edir.

Avropa Birliyinin diskomfortlarından biri Britaniyanın “Brexit”dən çıxaraq Türkiyə-İsrail, Azərbaycan və ərəb ölkələri ilə strateji əməkdaşlığı artırmasıdır. Çünki qitədaxili parçalanmalar “dünyaya Eyfel qülləsindən baxanlar”a sərf eləmir.

Bundan başqa Azərbaycan Avropanın əsas enerji təchizatçılarından biridir və Brüssel İrəvanın yalançı tələblərindənsə, Bakının haqlı mövqeyini üstün tutmalıdır. Amma....

Hər halda dünyadakı erməni lobbisi pul və daşnak təhdidləri hesabına qarayaxma kampaniyalarını davam etdirir. Onların himayəsində olan amerikalı senatorlar, avropalı parlamentarilərin adları heç kimə sirr deyil.

 

Ermənilər bu “qaranlıq kanalların“dan istifadə edərək “Human Rights Watch” təşkilatının məruzəsinə də təsirsiz ötüşməyiblər. Lakin Azərbaycan XİN reallığa sığmayan iddiaların cavabını vaxtında verib:


“Azərbaycan beynəlxalq humanitar hüquq və insan haqqları hüququ daxil olmaqla, beynəlxalq normalara riayət olunmasına sadiqdir. Biz “Human Rights Watch” (HRW) təşkilatının hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarını rədd edirik”.

Ermənilər gücü çatmayana daş atmaq xüsusiyyətlərini tərgitmək fikrində deyillər.

 

Bu yanaşmanı daşnak ideoloqları BMT-də də sərgiləyiblər. Belə ki, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə dünyanın 133 ölkəsi tərəfindən dəstəklənsə də, Ermənistan bu təşəbbüsə qoşulmaqdan imtina edib.


Onlar 1 milyarddan çox kasıb insanın həyatını öz “maraq”larına, mənfur niyyətlərinə qurban verməyə hazır olduqlarını nümayiş etdiriblər.  

Sössüz ki, millət olaraq hər zaman Azərbaycan xalqına paxıllıq edən ermənilərin “başbilən”ləri də Prezident İlham Əliyevə həsəd aparırlar. Buna görə də ermənilər Prezident İham Əliyevin təşəbbüsünə əlavə kimi təkliflərlə ortalığa düşsələr də, elə ortalıqda qaldılar.

Nəticədə, Ermənistanın qətnaməyə yamaq kimi hazırladığı bir sıra təklifləri müzakirələr zamanı rədd edildi.

Sonda qeyd edək ki, ermənilər hər vəchlə düşdükləri “böhran bataqlığı”ndan itkisiz çıxmağa çalışsalar və gələcəkdə də oxşar həmlələri təkrarlasalar da, hər şey hazırki Qarabağın səması qədər aydındır. Yəni, İrəvanın xırda istəkləri Bakının böyük tələbləri müqabilində həllini tapa bilər. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO