Numan Kurtulmuş Azərbaycanı ittiham edənlərə cavab verdi

Numan Kurtulmuş Azərbaycanı ittiham edənlərə cavab verdi

Hazırda oxunan: Numan Kurtulmuş Azərbaycanı ittiham edənlərə cavab verdi

157468

“Azərbaycan 33 illik işğaldan sonra ərazi bütövlüyünü bərpa edib. Odur ki, 33 illik Qarabağ işğalı qarşısında Azərbaycanın öz torpaqlarını xilas etmək üçün göstərdiyi həssaslığı anlayırıq, qiymətləndiririk və tam dəstəkləyirik”.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa İttifaqına üzv dövlətlərin parlament sədrlərinin konfransının birinci sessiyasında çıxışı zamanı Azərbaycanı işğalçılıqda ittiham edən yunan Kiprinin nümayəndə heyətinə cavab olaraq deyib.

O, qeyd edib ki, Qarabağ əbədi olaraq Azərbaycan torpağıdır və Azərbaycan xalqına məxsusdur.

Parlament sədri çıxışında Zəngəzur dəhlizinin açılışı məsələsinə də toxunub.

“Zəngəzur dəhlizinin açılışı regiondakı bütün xalqların xeyrinədir və ümid edirik ki, bu, belə olacaq”, - deyə o, vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO