Vitali Balasanyan da HƏBS OLUNDU

Vitali Balasanyan da HƏBS OLUNDU

Hazırda oxunan: Vitali Balasanyan da HƏBS OLUNDU

157273

Qarabağda qondarma rejimin “təhlükəsizlik şurasının sədri” vəzifəsində çalışmış Vitali Balasanyan Ermənistana gedərkən Laçın nəzarət-buraxılış məntəqəsində xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Balasanyan Bakıya gətirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Vardanyan həbs edilib, Bakıya GƏTİRİLDİ - RƏSMİ


Qeyd edək ki, Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib.

1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.

Qeyd edək ki, bu gün qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan da Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO