Vardanyanı neçə il HƏBS GÖZLƏYİR? 

Vardanyanı neçə il HƏBS GÖZLƏYİR? 

Hazırda oxunan: Vardanyanı neçə il HƏBS GÖZLƏYİR? 

157257

“2022-ci ilin 23 sentyabrında erməni milyarder Ruben Vardanyan qanunsuz yollarla Azərbaycan ərazisinə daxil oldu. O özünü Rusiya vətəndaşı kimi təqdim edirdi. Amma bilmək olmaz ki, o neçə dövlətin vətəndaşlığını alıb.  

Vardanyan Xankəndinə gəldiyi gündən separatçılara maddi və mənəvi dəstək göstərib. Üstəlik, o separatçıları Azərbaycana qarşı yeni mübarizəyə çağırırdı, qondarma rejimin müstəqilliyi ilə bağlı sərsəm çağırışlar edirdi. Hətta bu ilin sentyabrın 19-da Azərbaycanın 23 saatlıq lokal antiterror tədbirləri zamanı Vardanyan yenə də sərsəm bəyanatlar verdi. Sona qədər “Artsax” üçün mübarizə aparacağını demişdi”. 

Bunu Ruben Vardanyanın həbsini Bizim.Media-ya şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Vardanyan həbs edilib, Bakıya GƏTİRİLDİ - RƏSMİ


O bildirib ki, artıq Vardanyan sərhədçilərimiz tərəfindən saxlanılıb: 

“O Bakıya gətirildikdən sonra yəqin ki, Baş Prokurorluğa və yaxud Dövlət Təhlükəsizlik Xidmətinə təhvil veriləcək. Yalnız bundan sonra Rubenə rəsmi qaydada ittiham irəli sürüləcək. Vardanyan CM-nin bir neçə ağır maddəsi ilə ittiham ediləcək.  

Yəqin ki, ilkin olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-ci maddəsini (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) pozduğuna görə ittiham ediləcək. O cümlədən də Azərbaycan dövlətinə qarşı silahlı müqavimət göstərmək, silahlı qiyam, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünə qəsd etməklə bağlı çıxışlar və müharibəyə təhrik maddələri ilə ittiham olunacaq.   

Yəqin ki, Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ittiham aktı elan olunacaq. Bəri başdan demək olar ki, Vardanyan ən ağır maddələrlə itiham ediləcək.

O son bir ildə Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin talanmasında da yaxından iştirak edib. Yəqin ki, bununla da bağlı xüsusi ittiham olacaq. Nəticədə daha bir qatı cinayətkar öz cəzasını alacaq. Sağ əli Arutyunyan və digər separatçıların başına”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO