Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Azərbaycanın Qarabağ iqtisadi rayonunda, Əsgəran qəsəbəsində yanacaq anbarı partlayıb. Nəticədə 20 erməni ölüb, 290 nəfər yaralanıb.
Məlumata görə, yaralılar Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki tibb mərkəzinə və Ermənistandakı xəstəxanalara yerləşdirilib.
Bildirildiyinə görə, ölənlərdən 13-nün meyiti tanınmaz haldadır. Görünən odur ki, baş verən bu partlayış təsadüfdən deyil, bilərəkdən edilib. Hiss olunur ki, partlayışın arxasında məkrli planlar dayanıb. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu proses fonuda ermənilərin bu sayaq təxribatlara gedəcəyi gözlənilən idi.
Qeyd edək ki, Azərbaycan xalqımıza və dövlətimizə qarşı vəhşi əməllərdə iştirak edən terrorçu cinayətkar ünsürləri qanuna müvafiq olaraq məsuliyyətə cəlb edəcəyini dəfələrlə vurğulayıb. Bu isə terrorçu xunta üzvlərini qorxuya salıb.
Ona görə də istisna deyil ki, separatçılar partlayışı qəsdən törədiblər. Məqsəd də son 30 ildə etdikləri cinayət əməllərindən yaxa qurtarmaq üçün yaralılara qoşulub, helikopterlərlə qaçmaqdır.
Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu partlayışın arxasında məkirli niyyət olaraq yuxarıda qeyd edilən versiyanın dayana biləcəyini istisna etmədi:
MÖVZU İLƏ BAĞLI:
Partlayışda xəsarət alan ermənilər vertolyotla İrəvana aparıldı - VİDEO
“Şübhəsiz ki, Qarabağdakı terrorçu qrupların rəhbərləri belə partlayışları həyata keçirməkdə məqsədləri var. Bakının Qarabağ üzərində de-fakto hüququnu təsdiq etməsi heç də o demək deyil ki, erməni tərəfi təxribatlardan əl çəkəcək və belə asanlıqla Azərbaycanın qələbəsini həzm edəcəklər.
Qarabağda uzun illərdən bəri erməni millətçiləri və kilsəsinin təbliğ etdiyi faşist və irqçi ideologiya ilə beyinləri zəhərləmiş ermənilər var.
Onlar bu kontekstdə asanlıqla öz mövqelərini əldən verməyəcəklər. Bu müstəvidə belə cinayətkarların qanun qarşısında cavab verməkdən yayınmaq üçün Ermənistana qaçmağa cəhd edəcəkləri də istisna deyil.
Əsgəranda baş verən partlayışda bu məqsəd də güdülə bilər. Ona görə də olayın qəsdən törədildiyini də gözardı etməməliyik.
Eyni zamanda onların Azərbaycanı təxribata çəkmək, Bakı ilə sülhməramlı kontingent arasında münaqişə və ya anlaşılmazlığın yaranmasına nail olmaq, baş vermiş hadisələrlə bağlı yalanla dolu informasiyaları beynəlxalq məkana çatdırmaq və bütün bunları ölkəmizin ayağına yazmaq istəkləri olub və olacaq.
Bu mənada Azərbaycan dövləti, onun hüquq mühafizə orqanları bütün bu təxribatlara heç şübhəsiz hazırdır və təxribatların yerindəcə qarşısının alınması üçün qanunvericilik çərçivəsində tədbirlər görüləcək. Azərbaycan reinteqrasiya məsələsində əvvəlki mövqeyində daha israrlı olacaq”.
Rüfət Sultan, Bizim.Media