“Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, - Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla, - beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan-Türkiyə sənədləri İMZALANDI
“İyirmi dörd saat ərzində, ondan da az həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistan ordusu - Azərbaycan ərazində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir”, - deyə dövlət başçısı bildirib.
Bizim.Media