“Şuşa Bəyannaməsi münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldib”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycana rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatda bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan-Türkiyə sənədləri İMZALANDI
“Naxçıvan iqtisadiyyat, enerji xətləri baxımından böyük potensiala malikdir.
Xəzərdən keçən Orta Dəhlizin önəmi koronavirus pandemiyası və bölgəmizdəki savaşlar baxımından daha da üzə çıxıb. İğdır-Naxçıvan kəməri bölgənin də enerji təhlükəsizliyinə böyük töhfə verəcək” – deyə, Türkiyə Prezidenti qeyd edib.
O, Qars-Naxçıvan dəmir yolu ilə bağlı niyyət protokolunun əhəmiyyətini vurğulayıb.
Bizim.Media