Məlum olduğu kimi, 19-20 sentyabr tarixlərində Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyuldu. Eyni zamanda qanunsuz erməni birləşmələrinin tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirildi və terrorçu dəstələr təslim olmağa məcbur edildi.
Hazırda qanunsuz erməni silahlı dəstələri tam tərk-silah edilməklə döyüş mövqelərindən çıxarılır və döyüş sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülür.
Maraqlıdır, növbəti mərhələ kimi Zəngəzur dəhlizi, Qazaxın işğal altında olan 7 kəndinin və Naxçvanın Kərki kəndinin ermənilərdən azad edilərək Azərbaycana təhvil verilməsi məsələsi sürətlənə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, 30 ildir Ermənistanın işğalı altında saxladığı Qazaxın 7, Naxçıvananın isə bir kəndinin Azərbaycana qaytarılması məsələsi sərhədlərin delimitasiyası prosesi çərçivəsində həllini tapacaq:
MÖVZU İLƏ BAĞLI:
Qarabağ ermənilərinin nümayəndələri ilə Xocalıda növbəti GÖRÜŞ KEÇİRİLİR - FOTO
“Hesab edirəm ki, Ermənistanın bu kəndləri işğal altında saxlaması üçün hazırda heç bir hərbi siyasi və iqtisadi potensialı mövcud deyil”.
Xatırladaq ki, 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatı imzalananda Qazaxın 7 və Sədərək rayonunun Kərki kəndinin adı aydın şəkildə əksini tapıb. Kapitulyasiya sənədində maddə 2-də deyilirdi:
“Ermənistan tərəfin Azərbaycanın Qazax rayonu istiqamətdə nəzarətdə saxladığı ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılır”.
Sonradan İrəvan təkidli xahişindən sonra bu bəndlər çıxarılıb. Bəndlər bəyanatdan çıxarılsa da, həmin kəndlərin Azərbaycana təhvil verilməsi ilə bağlı İrəvan üzərinə yazılı öhdəlik götürüb. İrəvan bunun sülh prosesi və sərhədlərin delimitasiya, demarkasiyasi prosesi çərçivəsində həyata keçirməsinə razılıq verib. Amma bu proses uzanır.
Alçina Amilqızı, Bizim.Media