Aprel-may aylarında Qarabağda müharibə gözlənilir? – “Azərbaycanın başqa yolu qalmır” - Politoloq

Aprel-may aylarında Qarabağda müharibə gözlənilir? – “Azərbaycanın başqa yolu qalmır” - Politoloq

Hazırda oxunan: Aprel-may aylarında Qarabağda müharibə gözlənilir? – “Azərbaycanın başqa yolu qalmır” - Politoloq

15680

Erməni hərbi cinayətkarlarından biri, Xocalı qatili Vitali Balasanyan Qarabağda erməni hərbi birləşmələrinin çıxarılmasından sonra müdafiə dəstələrinin necə formalaşacağı haqda açıqlama verib. O, Qarabağın hazırda rus sülhməramlılarının nəzarəti altında olan ərazilərində Ermənistandan gəlmiş muzdlu əsgərlərin ola biləcəyini deyib. 

Politoloq Cümşüd Nuriyev isə bunu absurd adlandırıb. Qeyd edib ki, 10 noyabr tarixli üçtərəfli razılamaya görə, Qarbağda heç bir silahlı erməni hərbi birləşməsi ola bilməz: 

 

MÖVZU İLƏ BAĞLI:

“Bu gün də daşnaklarla çalışan azərbaycanlılar var” – Politoloqdan şok açıqlama


“Erməni könüllülərinin Qarabağda xidmət keçməsi birbaşa terrora çağırışdır. Çünki könüllülər ora pul müqabilində gələcəklər. Ermənistanın isə alternativ hərbi xidmət haqqında qanunu yoxdur. Pulla gələn əsgər də muzdlu döyüşçü olur. Bu da əksər hallarda, daha dəqiq desək, çox hallarda terrorist olurlar”.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ həm siyasi, həm də hüquqi cəhətdən Azərbaycanın ərazisidir və orada hansısa terrorist qüvvələrin toplanmasına icazə vermək yolverilməzdir.

Ekspert bildirib ki, ermənilərin bu cür çağırışlarına mütləq Azərbaycan höküməti adekvat cavab verməlidir:

“Bu məsələ ilə bağlı Azərbaycan XİN-i sərt bəyanat verməlidir, daha sonra işə Milli Məclis qarışmalıdır. Bundan başqa Müdafiə nazirliyi bunu gündəmə gətirməlidir”.

O, bilridib ki, hazırki Erməni hakimiyyəti Qarabağ yükündən azad olmaq istəyir və Paşinyan da bunu həyata keçirməyə çalışır. C.Nuriyev həm Sarkisyan – Koçaryan, həm də Ter Petrosyan - Manukyan cütlüklərinin yenidən Staus Kvo-nu bərpa etmək üçün çalışdıqlarını da bildirib: 

“Burada söhbət müharibə ritorikasından gedir. Bir məqamı da qeyd edim ki, onlar Ermənistanda mənəvi ruhu, dağılmış ordunu bərpa etmək istəyirlər. Lakin onlar  dərk etmirlər ki, bu onların növbəti faciəsi ola bilər.

 

Bütün hallarda Azərbaycan bunlara hazırdır və hadisələrin gedişi də onu göstərir ki, Ermənistan dövləti növbəti provakasiya hazlrlayır. Əgər belə davam etsə, yəqin ki, aprel-may aylarında Azərbaycan Qarbağda bir qısa müddətli müharibə apara bilər”.


Sonda politoloq ermənilərə yardım edən, regionda sabitliyi pozmaq istəyən qüvvələrdən də söz açıb:

“Xüsusilə Əsgəran tərəfdə, ərazilərimiz minadan təmizlənir,  1-2 gündən sonra hərbçilərimiz minaya düşüb, həlak olurlar. Fərziyyə olunur ki, gecələr təxribatçılar ərazilərə keçərək oraları yenidən minalayırlar.

Bu da  hansısa qara qüvvələrin buna şərait yaratması kimi anlaşılır. Belə halda Azərbaycana başqa çıxış yolu qalmır. Azərbaycan ərazilər üzərində öz nəzarətini gücləndirmək üçün mütləq şəkildə Xocalını, Xramurdu və Əsgəranı azad etməlidir. Bu zaman birbaşa Şuşa yolu da açılacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO