“Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri artıq başqa çarənin qalmadığının göstəricisidir”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Nyu-Yorkda “Türk evi”ndə keçirdiyi mətbuat konfransı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Hakan Fidan: "Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyirik"
O qeyd edib ki, Ermənistan üçtərəfli bəyanatın bəzi bəndlərini yerinə yetirməyib. Azərbaycan Zəngəzur koridorunun açılması və Qarabağda Azərbaycanın tam olaraq suverenliyinin təmin edilməsini səbrlə gözləyirdi:
“Danışıqlar da nəticə vermədiyi üçün Azərbayvan lazım olanı etdi. Biz Türkiyə olaraq bunu maraqlı tərəflərin nəzərinə çatdırdıq… Təbii ki, bəzi tərəflərin bu məsələyə dair qərəzli, səbəblərini araşdırmadan Azərbaycanı ittiham edənlər də oldu”.
Bizim.Media