Nazir: “Azərbaycan qlobal təşəbbüslər vasitəsilə dinlərarası dialoqu ardıcıl surətdə təşviq edir”

Nazir: “Azərbaycan qlobal təşəbbüslər vasitəsilə dinlərarası dialoqu ardıcıl surətdə təşviq edir”

Hazırda oxunan: Nazir: “Azərbaycan qlobal təşəbbüslər vasitəsilə dinlərarası dialoqu ardıcıl surətdə təşviq edir”

156662

“Dünya, sərhədləri aşan çoxsaylı problemlərlə üzləşməyə davam edir. İqlim dəyişikliyi tendensiyalarının kəskinləşməsindən tutmuş köklü yoxsulluğa, artan gərginliyə və dağıdıcı pandemiyalara qədər bu çağırışlar yerimizdən və ya məkanımızdan asılı olmayaraq hamımızı narahat edir, cəsur və yekdil tədbirlər tələb edir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edir - CANLI 


“Hazırkı beynəlxalq siyasət getdikcə daha çox parçalanır və çoxtərəfliliyin bölünməsinə və aşınmasına gətirib çıxarır. Artan dözümsüzlük və ayrı-seçkilik tendensiyası, xüsusən də İslamofobiya və nifrət nitqinin həyəcan verici dalğası narahatedicidir”, -deyə nazir qeyd edib. 

O bildirib ki, bu çağırışın qarşısını almaq üçün çoxəsrlik müxtəliflik və multikulturalizm ənənələrinə sahib olan Azərbaycan müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və hörmətin təşviqinə qətiyyətlə inanır:

“Azərbaycan hökuməti “Bakı Prosesi” və “Mədəniyyət naminə sülh” kimi mühüm qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu ardıcıl surətdə təşviq edib. 

Artan çağırışlar fonunda Birləşmiş Millətlər Təşkilatının beynəlxalq həmrəyliyi və əməkdaşlığı gücləndirməyə davam etməsi vacibdir”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO