Ceyhun Bayramov “77-lər Qrupu” və JCC-nin XİN başçıları iclasına həmsədrlik edib - FOTO

Ceyhun Bayramov “77-lər Qrupu” və JCC-nin XİN başçıları iclasına həmsədrlik edib - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov “77-lər Qrupu” və JCC-nin XİN başçıları iclasına həmsədrlik edib - FOTO

156535

Sentyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Qoşulmama Hərəkatı (NAM) – “77-lər Qrupu” və Çin Birgə Kordinasiya Komitəsinin (JCC) xarici işlər nazirləri səviyyəsində iclasına həmsədrlik edib və tədbirdə çıxış edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Ceyhun Bayramov çıxışında JCC-nin 9 ildən sonra öz fəaliyyətini bərpa etməsinin tarixi hadisə olduğunu, Azərbaycanın NAM-a sədrliyi dövründə JCC-nın canlandırılmasını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyini və Kubadan olan həmkarlar ilə məhsuldar əməkdaşlıq sayəsində ölkəmizin JCC-nin iclasını təşkil etməyə nail olduğunu diqqətə çatdırıb. 

Nazir cari ilin iyul ayında NAM-ın Əlaqələdirmə Bürosunun Bakı şəhərində keçirilmiş Nazirlər İclasında üzv ölkələrin beynəlxalq iqtisadiyyat, ticarət və maliyyə məsələlərində inkişaf etməkdə olan ölkələrin rolunun artırılması üçün NAM və “77-lər qrupu” və Çin arasında əlaqələdirmənin gücləndirilməsinə ehtiyacın olduğunu bir daha təsdiq etdiklərini qeyd edib.

Bu xüsusda, Azərbaycanın Uqandanın paytaxtı Kampala şəhərində 2024-cü ilin yanvar ayında “77-lər qrupu” və Çinin Üçüncü Cənub Sammitinin və NAM-ın On Doqquzuncu Sammitinin keçirilməsini səbirsizliklə gözlədiyini və bunun JCC çərçivəsində “77-lər qrupu” və NAM arasında Cənub-Cənub Əməkdaşlığını daha da gücləndirəcəyini nümayiş etdirdiyi vurğulanıb. 
Nazir həmçinin Bakı şəhərində keçirilən 2023 Nazirlər görüşündə, NAM üzv ölkələrinin baş qərargahı inkişaf etməkdə olan ölkədə yerləşəcək Cənub-Cənub əməkdaşlığının üçün BMT-nin İxtisaslaşmış Agentliyinin yaradılması ilə bağlı “77-lər qrupu” və Çin ilə işləyəcəkləri barədə razılığa gəldiklərini bildirib.

Cənub-Cənub Əməkdaşlığının inkişaf etməkdə olan ölkələrin həmrəylik prinsipi əsasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün birgə fəaliyyətlərini əks etdirdiyi diqqətə çatdırılıb. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO