Ceyhun Bayramov: “Azərbaycan Qarabağın erməni sakinlərinin hüquq və azadlıqlarının təminatına zəmanət verir”

Ceyhun Bayramov: “Azərbaycan Qarabağın erməni sakinlərinin hüquq və azadlıqlarının təminatına zəmanət verir”

Hazırda oxunan: Ceyhun Bayramov: “Azərbaycan Qarabağın erməni sakinlərinin hüquq və azadlıqlarının təminatına zəmanət verir”

156420

“Azərbaycan ölkəmizin Qarabağ bölgəsinin yerli erməni sakinlərinə onların hüquq və azadlıqlarının Azərbaycanın Konstitusiyası və müvafiq beynəlxalq insan hüquqları mexanizmləri, o cümlədən milli azlıqlara mənsub şəxslər üçün nəzərdə tutulan mexanizmlərə uyğun şəkildə təmin edilməsinə dair zəmanət verilməsi istiqamətində qətiyyətli olduğunu bir daha təsdiqləyir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Nazir: “Ermənistan BMT Nizamnaməsinin dövlətlərin suverenliyinə hörmət tələblərini pozur”


Azərbaycanın müxtəlif etnik, dini və ya linqvistik azlıqları bir millət daxilində birləşdirməsinin qürurlu tarixi olduğunu vurğulayan nazir bildirib:

“Etnik erməni sakinlər bizim sülhsevər birgəyaşayış modelimizin bir hissəsi olmağa dəvətlidir.

Eyni zamanda, Azərbaycan, bütün dövlətlərin beynəlxalq hüquq çərçivəsində digər dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyası istiqamətində göstərilən səylərə zərbə vurmamaq və qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq barədə öhdəliyi olduğunu xatırladır. Azərbaycan, bölgədə sülh, sabitlik və rifahda səmimi marağı olan bütün beynəlxalq tərəfdaşlarla konstruktiv əlaqəyə açıqdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO