“Qarabağ ermənilərini hər cür şəraitlə təmin edə bilərik” – Asim Mollazadə  

“Qarabağ ermənilərini hər cür şəraitlə təmin edə bilərik” – Asim Mollazadə  

Hazırda oxunan: “Qarabağ ermənilərini hər cür şəraitlə təmin edə bilərik” – Asim Mollazadə  

156357

Xəbər verildiyi kimi, Azərbaycan Prezident Administrasiyası Yevlax şəhərində Qarabağ ermənilərinin nümayəndələri ilə baş tutan görüşün ilkin nəticələrini açıqlayıb.  

Məlumatda göstərilir ki, konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. 

Görüşdə həmçinin, erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyduqlarını bildiriblər. Eyni zamanda, onlar qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.

Bununla bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, Qarabağın erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyası mühüm məsələdir: 

“Azərbaycan onları hər şeylə təmin edə bilər. Bunun  üçün də qondarma rejim ləğv edilməli və bütün silahlı dəstələrin silahlarını təhvil verərək ərazilərimizi tərk etməlidir. Ona görə ki, Azərbaycan ərazilərində hansısa qondarma rejimin və silahlı birliklərin saxlanılması mümkün deyil.

Dövlətimiz onların həyat və yaşayış şəraitini təmin etmələri üçün böyük imkanlara malikdir, üstəlik, normal sosial, mədəni və təhsil sahələrində hüquqlarını da təmin edə bilər. Yetər ki, rəsmi Bakının əsas şərtlərini yerinə yetirsinlər”.  
Deputat onu da xatırladıb ki, korrupsiyaya qurşanmış rəhbərlər ermənilərdən illər boyu həm girov kimi istifadə edib, həm də onları çox ağır vəziyyətdə saxlayıb:    

Azərbaycana qarşı ağır cinayətlər törədən şəxslərin mütləq cəzalandırılacağını söyləyən müsahibimiz qeyd edib ki, Azərbaycan erməni əhalisinə qarşı hansısa etnik təmizləmə aparmayıb:  

“Azərbaycan həm II Qarabağ müharibəsində, həm də son əməliyyatlarda mülki əhaliyə zərərin dəyməməsi üçün əlindən gələni artıqlaması ilə etdi. Amma bəzi erməni siyasətçiləri, əsasən də daşnaklar bunun əksini iddia etməyə və dünyaya yalan məlumatlar ötürməyə çalışdılar. Amma bütün səyləri iflasa uğradı”.  

Erməni nümayəndələrin Yevlaxda humanitar yardımla bağlı Azərbaycan tərəfindən bəzi xahişlər etdiyini deyən ADİP sədri vurğulayıb ki, ölkəmizdə bütün xalqlar konstitusiyamıza və qanunlarımıza uyğun şəkildə yaşayırlar: 

“Onların bütün hüquqları, hətta dini və milli meyarları da təmin olunub. Qarabağ erməniləri də bizimlə yaşamağı qəbul etsələr, eyni hüquqlar onlara da şamil olunacaq. Hətta sosial-iqtisadi təminatları indikindən də yaxşı olacaq”. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO