20 sentyabr 2023-cü il tarixində BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi, cari ilin sonunda Qambiyada keçiriləcək İƏT-in Zirvə Görüşünə hazırlıq məsələləri, habelə bölgədə cari vəziyyət müzakirə olunub.
C.Bayramov, Azərbaycanın İƏT-ə üzv olduğundan bəri Təşkilatla qurulan sıx əməkdaşlıqdan məmnunluqla bəhs edərək, bu xüsusda İƏT-in hər zaman ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı ədalətli mövqedən çıxış etməsini minnətdarlıqla xatırlayıb.
Bu istiqamətdə, xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyətinin İƏT tərəfindən pislənilməsinin təqdirəlayiq olduğu bildirilib.
Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə QH ilə İƏT arasında əlaqələrin inkişafı istiqamətində əməli tədbirlərin görüldüyü, bundan sonra bu tərəfdaşlığın institusional çərçivəsinin də müəyyən edilməsinin faydalı olacağına inandığımız bildirilib.
C.Bayramov, həmçinin bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Azərbaycanın Qarabağ bölgəsində mövcud erməni silahlı birləşmələrinin bölgədəki sülh və stabilliyə əsas təhdid mənbəyi olduğu, bu xüsusda, baş verə biləcək təxribatların qarşısının alınması, habelə vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması məqsədilə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirildiyi diqqətə çatdırılıb.
Görülən tədbirlərin hədəfinin qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur olduğu, mülki əhalinin hədəf alınmadığı, onların təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Azərbaycanın suveren torpaqlarında 30 illik işğal dövründən qalma, milli qanunvericilik və beynəlxalq hüquqa zidd olan hər hansı hərbi mövcudluğun qəbuledilməz olduğu, bu xüsusda tərəfimizdən görülən tədbirlərin bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına istiqamətləndiyi vurğulanıb.
Baş katib Hissein Brahim Taha, İƏT-in ölkəmizin suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini diqqətə çatdıraraq, bölgədə sabitliyin bərqərar edilməsi istiqamətində göstərilən səylərin dayanıqlı sülh quruculuğu prosesində əhəmiyyətli rolu olduğunu bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:51 / 20.09.2023
Ceyhun Bayramov İƏT-in Baş katibini bölgədəki son vəziyyət barədə MƏLUMATLANDIRIB - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov İƏT-in Baş katibini bölgədəki son vəziyyət barədə MƏLUMATLANDIRIB - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov İƏT-in Baş katibini bölgədəki son vəziyyət barədə MƏLUMATLANDIRIB - FOTO
156216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.