İlham Əliyev: “Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib” - VİDEO

İlham Əliyev: “Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib” - VİDEO

Hazırda oxunan: İlham Əliyev: “Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib” - VİDEO

156204

“Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev xalqa müraciət edir - CANLI 


Antiterror tədbirləri nəticəsində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edən dövlət başçısı deyib:

“Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO