Tarixi zəfərin NƏTİCƏLƏRİ – Qarabağda yeni dönəm BAŞLAYIR

Tarixi zəfərin NƏTİCƏLƏRİ – Qarabağda yeni dönəm BAŞLAYIR

Hazırda oxunan: Tarixi zəfərin NƏTİCƏLƏRİ – Qarabağda yeni dönəm BAŞLAYIR

156159

Azərbaycan daha bir uğura imza atdı. Qısa zamanda həm şəhidlərin intiqamı alındı, həm də Ermənistanın Qarabağdakı silahlı hərbi birləşmələri darmadağın edildi. Üstəlik, xeyli ərazilər Azərbaycanın nəzarətinə keçdi. Ən əsası separatçılar və onların xarici havadarları bir daha Azərbaycanın qətiyyətini və hərbi gücünü gördü. 

Azərbaycan növbəti dəfə göstərdi ki, onunla güc dilində danışmağın dövrü keçib. 

Etiraf etmək lazımdır ki, son dönəmlər Azərbaycana qarşı Beynəlxalq təzyiqlər xeyli dərəcədə artmışdı. Rusiya və Fransanın təzyiqlərini zaman-zaman neytrallaşdıran Azərbaycan ən sonda dünyanın fövqəlgücü olan ABŞ-la üz-üzə qaldı.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Qarabağda antiterror tədbirləri dayandırıldı


Ötən həftə ABŞ Dövlət katibinin köməkçisi Yuri Kimin bəyanatı Azərbaycanın suveren hüquqlarına birbaşa təhdid idi. Məlum olduğu kimi Dövlət Departamentinin rəsmisi Azərbaycandan ən qısa zamanda və qeyd-şərtsiz Laçın yolunun açılmasını istədi.  

Təbii ki, Azərbaycan təmkinli və düşünülmüş siyasət hesabına nəinki bu təzyiqləri və basqıları neytrallaşdırdı, eləcə də öz qətiyyətini ortaya qoydu. Beləcə sentyabrın 19-da Qarabağda antiterror tədbirləri başladı.

Bu tədbirlər hesabına Azərbaycan təkcə erməni diversant quruplaşmalarını və qanunsuz hərbi birləşmələri məhv etmədi, həm də bütün dünyaya göstərdi ki, Azərbaycanla güc, təzyiq dili danışmağın zamanı keçib.  

Azərbaycan bütün addımlarını Azərbaycan Konstitusiyasına və Beynəlxalq hüquqa söykənərək atır. O cümlədən də, Qarabağda antiterror tədbiri həyata keçirmək Azərbaycanın müstəsna hüququdur. Buna heç kim qarışa bilməz.

Təsadüfi deyil ki, ötən gün rəsmi Bakı bəyan etdi ki, antiterror tədbirləri ancaq iki halda dayandırıla bilər: 

Ermənistanın Qarabağdakı qanunsuz hərbi birləşmələrinin tərksilah edilməsindən və Xankəndidəki ermənilərin Azərbaycana reinteqrasiya prosesinə qoşulmasından sonra. 

Qarabağda yeni dövr başlayır 

Məlum olduğu kimi sentyabrın 20-də erməni silahlı birləşmələri ağ bayraq qaldırdı və ən qısa zamanda Qarabağı tərk edəcəklərinə söz verdilər. Bundan əlavə Xankəndidəki etnik erməni icması sentyabrın 21-də Yevlax şəhərində danışıqlara gələcəklərini bəyan etdilər. Bununla da Azərbaycanın hər iki tələbi Ermənistan tərəfindən qəbul edilmiş oldu. 

İndi bütün diqqət ermənilərin götürdükləri öhdəlikləri necə yerinə yetirəcəklərinə yönəlib. Sabah erməni icmasının nümayəndələri Yevlaxa gəlib Azərbaycan rəsmiləri ilə görüşəcəklər və qanunsuz erməni silahlı birləşmələri tərksilah ediləcək. Onda həm Qarabağdakı ermənilər, həm də Qarabağdan didərgin salınmış azərbaycanlılar üçün yeni dövr başlayacaq.  

Ermənilər növbəti dəfə sözlərindən qaçacaqmı? 

Amma burda istisnalar da mümkündür. Çünki, söz verib, sonradan sözünü tutmamaq ermənilərin köhnə peşəsidir. Ola bilər ki, ermənilər Yevlaxa görüşə gəlsin və bu görüşdə üzərlərinə müəyyən öhdəliklər götürsünlər. Lakin, ermənilərin götürdükləri öhdəliyin icrasının uzadılması ehtimalı da var. Biz belə halları çox görmüşük. 

Bu isə daha çox Ermənistandakı maraqlı qüvvələrin və bəzi ölkələrin mövqeyindən asılıdır. Çünki, həm Ermənistandakı, həm də ki, dünyadakı bəzi güclər Qarabağda sülhün olmasını istəmir. Və bunun üçün də Xankəndidədki ermənilərdən alət kimi istifadə edirlər.
Ola bilsin ki, xaricdəki maraqlı qüvvələr Azərbaycanın qətiyyəti qarşısında bir müddət geri çəkilsin. Lakin, onların yaxın vaxtlarda yenidən baş qaldırmayacağına heç kim təminat verə bilməz.  

Ancaq bu da yekun nəticəni dəyişməyəcək. Azərbaycan geri addım atmayacağını öz addımları ilə dəfələrlə sübuta yetirib.  

Ermənilərə güzəşt limiti tükənib 

Ona görə də ermənilər Azərbaycanın iki əsas tələbini ən qısa zamanda yerinə yetirməsə, onda növbəti antiterror tədbiri başlayacaq. Bu tədbirin yekunu isə təkcə Qarabağdakı azsaylı ermənilər üçün yox, həm də Ermənistan üçün çox acınacaqlı ola bilər.  

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO